Ətin qiyməti yenidən BAHALAŞDI...
Başqa yerdə deyə bilmərik, amma Yeni Günəşlidə on gün bundan əvvəl dana ətinin bir kiloqramı 13 manat idi.
Ondan əvvəl 13 manat 50 qəpik olsa da həmin qəsəbənin bütün ət satışı kösklərində bir endirim oldu. Təbii ki, buna da camaat çox sevindi. Hətta endırimlə bağlı qiymət köşklərın divarına yapışdırılmışdı.
Bu gün, yəni dekabrın 6- da yenidən ət almaq üçün həmin köşklərdən birinə yaxınlaşdıq. Gördük ki, divarda ətin qiyməti yığışdırılıb. Qəssabdan soruşduq ki, ətin kiloqramı neçəyədir? Cavab verdi ki, 14 manata! Bəs on gün bundan əvvəl , axı 13 manata satırdınız? Dilləndi ki, qardaş, düz deyirsiniz , o qiymətə idi, çünki ət köşklərı bir-birinin acığına əti ucuz qiymətə satırdılar. İndi sahibkarlar razılaşıblar ki, daha əti ucuz satmayaq.
Ona görə də Yeni Günəşlinin bütün ət köşklərində dana ətinin bir kiloqramı 14 manatdır və bizdə həmin qiymətə satırıq. Qəssabın bu sözlərindən sonra ona daha veriləsi heç bir sualımız qalmadı. Və şükür elədik ki, nə yaxşı dana ətinin qiyməti 15 manat deyil!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
14 Sentyabr 2026 18:00
Sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
14 Sentyabr 2026 17:51
Sabahdan iş rejimi DƏYİŞİR
14 Sentyabr 2026 15:25
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
12 Sentyabr 2026 16:23
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
12 Sentyabr 2026 12:35
Bakıda təmizlik və abadlıq işləri həyata keçirildi - FOTOLAR
12 Sentyabr 2026 11:31
"Ulduz" stansiyasının önündən keçən yola asfalt çəkilir
12 Sentyabr 2026 10:07
Dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!
11 Sentyabr 2026 22:02


Bakı -°C

