22 Fevral 2024 21:29
1705
ŞOU-BİZNES

Zeynəb Həsəni: “Ondan başqa heç kəsi sevə bilmirdim”

Müğənni Zeynəb Həsəni açıqlaması ilə gündəm olmağı bacarıb.

Adalet.az xəbər verir ki, müğənni anasına sevgisini dilə gətirib:

“Mənim 34 yaşım var. Yaşımı gizlətmirəm. Hamının bir uşaqlıq və gənclik sevgisi olur də. Düzdürmü? Məndə onların heç biri olmayıb. Mən artıq təkliyi seçmişəm. Heç kəsi istəmirəm. Daha doğrusu heç kəsi sevə  bilmirəm.  Anamın sevgisi ürəyimdə elə kök salıb ki, mən qadın-kişi sevgisini  ürəyimdə dəfn etmişəm. Anamdan başqa heç kəsi, heç nəyi sevmirdim. Adi gülü də sevə bilmirdim”.

Əntiqə