adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Mart 2024 19:57
1847
ƏDƏBİYYAT

Dünya Qarabağlı: Novruz bayramınız mübarək olsun!

İliniz xoş gəlsin,iliniz üstə,

Daima bəhər gəlsin əliniz üstə,

Sülh olsun,gün doğsun eliniz üstə,

Novruz bayramınız mübarək olsun!

******

Sağlıqdı həyatda birinci duran,

Sizə kömək olsun müqəddəs Quran,

Olmasın yolunda nə qar,nə boran,

Novruz bayramınız mübarək olsun!

******

Həmişə xoş olsun,sevinsin mərdlər,

Namərdin nəsibi qoy olsun dərdlər,

Tanrı qarşınızda qoymasın şərtlər,

Novruz bayramınız mübarək olsun!

******

Getdiyimiz yollar deyil heç asan,

Yaradan buyurur:“Pislikdən usan”

Fəxr edir siz təki yaxşıyla cahan,

Novruz bayramınız mübarək olsun!

******

Nə vaxtsa insanlar geriyə baxır,

Etdiyi pisliklər insanı yaxır,

Ötən hər günündən xoşluqlar axır,

Novruz bayramınız mübarək olsun!

******

İnsanı,inasanın özündən yaxşı,

Tanımır,o,pisdi,yada ki, yaxşı.

Yaxşılıqlar olub,ömrün naxışı,

Novruz bayramınız mübarək olsun!

******

Aiddir sözlərim yaxşı insana,

Görmədim yaxşılar bezə,usana,

Daim minnətdaram ömür yazana,

Novruz bayramınız mübarək olsun!

******

Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin,İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi.