Dünya Qarabağlı: Bir eyibsiz gözəldi O
Qaşı,gözü can alandı,
Fikir,xəyalım dolandı,
Dedim Züleyxa yalandı.
Bir eyibsiz gözəldi O.
******
İri,qara gözləri var,
Şirin-şəkər sözləri var,
Silinməyən izləri var.
Bir eyibsiz gözəldi O.
******
Yeriyəndə süzür sanki,
Çox gözəldi onun rəngi,
Mənə xoşdu söz ahəngi.
Bir eyibsiz gözəldi O.
******
Uca boylu,qəlbi kövrək,
Onunla dost olaq gərək,
Biz ondan öyrənək,bilək.
Bir eyibsiz gözəldi O.
******
Şeiriyyatın sevənidi,
Hər bir kəsin güvənidi,
Bizlərin düşünənidi.
Bir eyibsiz gözəldi O.
******
Yaxşını pisdən seçəndi,
Bizimlə dağlar keçəndi,
Nur olub bizə ələndi.
Bir eyibsiz gözəldi O.
******
Yaxşı deyir o,öz dərsin,
Çox istəyir tələbəsin,
Qəlbinə dəyməz heç kəsin.
Bir eyibsiz gözəldi O.
******
Onun adı Pərvin xanım,
Sanki,mənim gözüm-canım,
Olub işıqlı sabahım.
Bir eyibsiz gözəldi O.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi.