Qarpız yemək...
Deyirlər ki, hər meyvənin və giləmeyvənin öz mövsümü vaxtı var! Ona görə də onları deyilən vaxtda yemək lazımdır.
Amma gəlin görək, bu deyilənlərə əməl edə bilirikmi?! Əlbəttə, bu suala birmənalı cavab vermək olmur. Çünki çoxumuz meyvələrin yeyilməsi vaxtını gözləmirik! Yəni onları vaxtından tez yeyirik.Çox vaxtı da bunun ziyanını görürük! Elə götürək qarpızı.
Deyirlər ki, onun yeyilməsi vaxtı avqust ayıdır. Ancaq may ayından bazar-dükanlarda qarpız satılır. Və insanların çoxu da o qarpızı alıb yeyir! Ona görə də qarpızdan zəhərlənmə halları baş verir! Klinik Tibbi Mərkəzin tokskologiya şöbəsindən aldığımız məlumata görə, qarpızdan neçə- neçə insan zəhərlənib! Buna da səbəb qarpızıa normadan artıq kimyavi maddələrin , o cümlədən üzvı və qeyri- üzvi gübrələrin verilməsidir.
Bununla yanaşı, onun saxlanılması zamanı mövcud normalrın pozulmasıdır. Belə ki, qarpız həftələrlə günün altında qalanda keyfiyyətlin itirir və xarab olur. Təbii ki, bu da zəhərlənməyə şərait yaradır. Məhz buna görə də hər meyvəni və giləmeyvəni öz mövsümündə yemək lazımdır!
Emil Faiqoğlu
Digər Xəbərlər
12 Sentyabr 2026 10:20
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
12 Sentyabr 2026 10:02
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
11 Sentyabr 2026 17:51
"Fast-food" prostat xərçəngi yaradır
11 Sentyabr 2026 11:16
İİV illərlə simptomsuz qala bilər – mütəxəssisdən mühüm açıqlamalar
10 Sentyabr 2026 16:49
Balaca Raula dəstək olaq! - FOTOLAR
10 Sentyabr 2026 09:10
ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
09 Sentyabr 2026 17:33
İsmayıllıda kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 Sentyabr 2026 12:22


Bakı -°C

