16 Iyul 2024 15:28
1320
MƏMLƏKƏT

"Ballı market" in yeni fırıldağı...  - FOTO

Sirr deyil ki,  bəzə marketlər  isehlakçıları aldadır, vitrindəki qiymətlərlə  kassada verilən qəbzlər arasında müyyən qədər qiymət fərqləri olur.  

Üstəlik də  əhaliyə bir çoxhalda  istifadə müddəti başa çatmış ərzaq və qida məhsulları sarılır. Təbii ki, bu da  alıçıların haqlı narazılıqlarına gətirib  çıxarır. Həmişə olduğü kimi, iyulun 15- də də  Yeni Günəşli yaşayış sahəsində yerləşən" Ballı market" dən  bazarlıq eləmək istədim!  Bir az badımcan, bir az da bibər aldıq.

Həmin məhsulları bizə çəkib verən satıçı qız qiyməti selefon torbanın üstünə yapışdırdı.61 qəpik bibər, 55 qəpik badımcan idi.İkisi bir yerdə 1 manat,  16 qəpik elədi.  Amma birinci  kassada işləyən xanımın verdiyi qəbzdə(çekdə)   onların qiyməti 1 manat,45 qəpik göstərilmişdi.

Biz  narazılığımızı marketin nəzarətçisinə bildirən  də o, dedi  ki, bibər bahalaşıb kiloqramı 2 manat, 99 qəpik olub. Biz yenə həmin nəzarət çiyə öz iradımızı bildirdik:" Onda həmin məhsulun üstündə də  qiyməti dəyişməliydiniz,amma siz qiyməti dəyişməmisiniz və bizi aldadırsınız". Bu dəfə nəzarətçı bir qədər fikirləşib dedi:" Hələ səhərdir, bir azdan dəyişəcəyik". Hamsı ki, həmin vaxt günorta saat  üçün yarısı idi! Deməli, " Ballı market"in  sahibi və  əməkdaşlar bilərəkdən  camaatı aldadır! Ümumiyyətlə, bu marketdə çox vaxt belə " səhv" lər olur! Və " səhv" lər alıçılara baha başa gəlir! Və biz də başımıza gələnləri qələmə aldıq, qəbzin və  selefonun  üstündəki qiymətin fotosunu   da  oxucularımızın  diqqətinə çatdırırıq! Hər halda,   əlaqədar qurumlar da  bu faktlara  önəm verməli,  özbaşınalıqlara son qoymalıdır!!!

Emil Faiqoğlu