Azərbaycan Teatr Xadimləri İttifaqının XV Konfransı keçirildi - FOTOLAR
22 iyul 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının XV Konfransı keçirildi.
Konfransda 75 nümayəndədən 67 nəfər iştirak etdi.
Nümayəndələrin yekdil qərarı ilə Azərbaycan Respublilasının Əməkdar artisti Azad Şükürov iclasın sədri seçildi.
Konfransda Teatr Xadimləri İttifaqı sədrinin hesabat mərusəzi, daha sonra Təftiş və Mandat komissiyalarının hesabatları dinlənildi. Konfrans iştirakçılarının yekdil qərarı ilə hesabatlar qənaətbəxş hesab olundu.
Çıxış edənlər - Məryəm Əlizadə, Mərahim Fərzəlibəyov, Sabir Məmmədov, Ağalar İdrisoğlu, Şövqi Hüseynov, Larisa Tarusova, Rəhman Rəhmanov, İntiqam Soltan İttifaqın son 5 illik fəaliyyətini müsbət qiymətləndirdilər.
Çıxışlararası fasilə elan olundu. Fasilədən sonra çıxışlar davam etdirildi. Sonra İttifaqa növbəti 5 il üçün Sədr seçkisi keçirildi.
İttifaq üzvlərinin yekdil qərarı ilə Azərbaycann Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov İttifaqın Sədri seçildi. Yeni seçilən
Sədr ona göstərilən etimada görə Konfrans nümayəndələrinə təşəkkürünü bildirdi və İttifaqın İdarə heyətinin yeni tərkibini elan etdi.
AzTXİ-nın İdarə heyəti:
İlham Namiq Kamal (sədr müavini);
Azad Şükürov (sədr müavini);
Siyavuş Kərimi;
Mərahim Fərzəlibəyov;
Azər Zeynalov;
İlham Əsgərov;
Cənnət Səlimova.
Konfransın sonunda Xalq artisti Forudin Məhərrəmov Konfransın İttifaqın gələcək fəaliyyəti barədə Qərarını səsləndirdi.
Konfransın işi başa çatdı.
Şəlalə Camal
Digər Xəbərlər
15 Sentyabr 2026 14:18
BORÇALI AŞIQLARIN MÖHTƏŞƏM KONSERTİ
14 Sentyabr 2026 14:37
50 yaşını Ağdamda qeyd etdi - VİDEO
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54


Bakı -°C

