06 Avqust 2024 16:20
214
MƏMLƏKƏT

Yeni Günəşlidə küçə ticarəti tüğyan edir...  

Bu gün Bakının bir çox kücə və prospektlərində  yerin üstünə qoyulub satılan  kənd təsərrüfatı məhsullarının, bəzi ərzaqların əlindən tərpənmək olmur!

Bu isə birmənalı olaraq küçə ticarəti adlanır və antisanitariya yaradır. Deməli, isti yay günlərində  belə səliqəsiz və çirkli yerlərdə alver etmək , həm də müxtəlif xəstəliklərin  yayılmasına münbit şərait yaratmış olur. Paytaxtımızda isə küçə ticarətinin qarşısını icra orqanları , o cümlədən polis almalıdir. Amma gələn onunla raşılaşaq ki, bir çox yerlərdə bu vəzifəni polis məsuliyyəti yerinə yetirir, küçə ticarətinin qarşısını alır.

Lakin bu sözləri Suraxanı rayonu haqqında, xüsusilə də Yeni Günəşli barədə demək olmaz! Çünki Yeni Günəşlidə bu gün küçə ticarəti sözün həqiqi mənasında tüğyan edir. Belə ki, Yeni Günəşlidə, qəbiristanlığın yanında , daha dögrusu, " Araz" marketin iki addımlığında üç aydır iki yerdə maşında qarpız satılır. Həftələrlə günün altında qalıb keyfiyyətini itirən belə qarpızlardan hər an  zəhərlənmə baş verə bilər.

Bununla yanaşı, həmin yaşayış sahəsində beş- altı belə yerdə maşında və torpağın üstində, günün altında  qarpız satılır! Bu mənzərəni isə hər gün o yerlərdə xidmət aparan  Çevik Polis Alyının və Post- Patrul  Xidməti əmədaşlari görür və qanunsuzluqlara göz yumurlar. Niyə?! Bax onu deyə bilmərik! Məhz aidiyyatı qurumlar  öz vəzifələrinə məsuliyyətsiz  yanaşdıqlarına görə, bu gün Yen Günəşlidə küçə ticarəti tüğyan edir. Bəs bunun qarşısı nə vaxt alınacaq! Bax onu deyə bilmərik!!!

Emil Faiqoğlu