06 Avqust 2024 16:24
215
MƏMLƏKƏT

Pomidor Xaçmazda 30 qəpik, Bakıda...    

Hara gedirsən çoxları pomidorun baha  qiymətə satılmasından danışır!

Heç kimi qınamalı deyil. İnsanlar ilin- günün bu vaxtında, yəni avqust ayında kiloqramı 2 manat 50 qəpiyə pomidor satılması ilə razılaşmırlar. Necə olur ki, Xaçmazda bir kiloqramı pomidoru 30 qəpiyə satırlar, amma Bakıda bu məhsul 2 manat 50 qəpiyə və bir az da baha  qiymətə əhaliyə təklif edilir. Hər şeyi bahalaşdıran ölkəmizdə baş alıb gedən  monopoliyadir.

Yəni bazara, dükanlara və marketlərə məhsulları onlar verirlər.Hər şey vahid mərkəzdə birləşdiyinə görə, qiymətlər də belə kəllə- çarxa qalxır! Digər bir  problem isə məhsul qıtlığıdır! Bu da qiymət artımına öz təsirini göstərir!

Emil Faiqoğlu