17 Sentyabr 2024 15:56
674
AVTOMABİL

Hər gün sıxlıq

Bu gün Bakıda demək olar ki, bütün nəqliyyat sahəsində yollarda sıxlıq yaşanır.

Təkcə metroda deyil, yer üstü nəqliyyatda da  çox böyük sıxlıq var! Həm səhər, həm də axşam vaxtlarında bu sıxlıq daha da artır! Təbii ki, avtomobil sxlığının aradan qaldırılması üçün əlaqədar qurumlar ciddi addımlar atır, amma bu da problemin tamamilə həll edilməsinə şərait yaratmır.

Bu barədə millət vəkili Fazil Qəzənfəroğlu da müəyyən fikirlər səsləndirib. O deyib ki, Bakıda tıxacların yegənə həlli yolu paytaxtın  dəyişdirilməsidir. Yəni yeni paytaxtın yaradılmasıdır. Bu paytaxt Bakıdan 150 kilometr də ola bilər. Biz də hörmətli millət vəkili dedikləri ilə şərikik. Yəni Bakıda tıxac probleminin yeganə həlli  paytaxtın köçürülməsindən ibarətdir. Daha bundan başqa çıxış yolu qalmır!

Emil Faiqoğlu