Dünya Qarabağlı: Ay ana qədrini bilməyən övlad!
Analar ağlayır övladı üçün,
Ağrıdır ürəyin,ağardır saçın,
De,niyə anandan qaçırsan,neyçün?
Ay ana qədrini bilməyən övlad !
******
Analar övlad çün qəddin bükəndi.
Övlad çün qəlbinə qəmlər əkəndi.
Hər zaman övladın dərdin çəkəndi.
Ay ana qədrini bilməyən övlad !
******
Gecələr yuxusuz qalandı ana.
Pis gündə alışıb-yanandı ana.
Əriyəndi ana,donandı ana.
Ay ana qədrini bilməyən övlad !
******
Düşməyir şad gündə anan yadına,
O,qıymaz ki, ləkə gələ adına,
Yanar pərvanə tək sənin oduna.
Ay ana qədrini bilməyən övlad !
******
Analar övlada qıymaz heç zaman.
Övlad olsa da yamandan-yaman.
Dar gündə övlada diləyər aman.
Ay ana qədrini bilməyən övlad !
******
Yadların dostluğu gen gündə olur.
Gen gündə dost deyib,yadına salır.
Dar gündə analar qeyidə qalır.
Ay ana qədrini bilməyən övlad !
******
Yaşlar süzüləcək yanaqlarından,
Dözməyib həyatın sınaqlarından,
Ahlar qopacaqdı dodaqlarından.
Ay ana qədrini bilməyən övlad !
******
Yadlardan ögeylik gördüyün zaman,
İnan ki, başından qalxacaq duman.
Ananın qədrini biləssən haman.
Ay ana qədrini bilməyən övlad !
******
Ömrünü övlada verər analar.
Övlad çün haraya gələr analar.
İnan ki,övlad çün ölər analar.
Ay ana qədrini bilməyən övlad !
******
Ananın qədrini bilmək gərəkdi,
Övladın yolunda ana zirəkdi,
Analar övlad çün hər an dirəkdi.
Ay ana qədrini bilməyən övlad !
******
Bir zaman gələcək,anan öləcək,
Sənə də qocalıq qonaq gələcək,
O zaman qəlbini dərdlər dələcək.
Ay ana qədrini bilməyən övlad !
******
Bir ananın xahişi ilə yazdığım bu şeiri sizlərin nəzərinə çatdırmaq istəyirəm.
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.