Başqa dünyanın adamları... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
136 | 2024-10-15 14:11

Dünyada elə insanlar, elə ziyalılar, elə alimlər  var ki,  yüz il  keçsə də onların yeri görünür.

Allah and olsun, yeni gələnlərin heç biri  onları əvəz eləyə bilmir və yüz il bundan sonra da əvəz edə bilməyəcəklər! Ola bilər ki, mənim fikirlərimlə razılaşmayanlar olsun.

O yanaşmanı da qəbul edirəm. Amma  onu qəbul etmirəm dağa təpə deyilməz, təpəyə də  dağ! Bu gün Azərbaycan ədəbi tənqidi çox bərbad gündədir. Bir də gördün tanınmış tənqidçi  zəif bir romanı, povesti, hətta şeiri elə tərifləyir ki, adam məəttəl qalır. Çünki ədəbi tənqid hər hansı bədii əsəri tərifləmək yox, təhlil etmək, zəif və müsbət tərəflərini  konkret faktlar, epizodlarla   araşdırmaq missiyasın yerinə yetirir.

Bir də görürsən ki, bir tənqidçi  ortabab və hətta  kütlə tərəfindən tanınmayan və  qəbul edilməyən  şerlər kitabının  tərifini göyün yeddinci qatına qaldırır. Sən də onun səmimiyyətinə inanıb, axtarıb tapırsan, oxuyursan və görürsən ki, tərifə layiq şeirlər deyilmiş.Ramiz Rövşən sözü ilə demiş olsaq " bir qəpiyə dəyməyən şeirlərdir.  

Biz ədəbi tənqid deyəndə  yadımıza Məmməd Arif Dadaşzadə, Bəkir Nəbiyev, Yaşar Qarayev, Qulu Xəlilov, Aydın Məmmədov, Kamil Vəli Nərimanoğlu... düşür.Və dahi alimlərin, ədəbi tənqidçilərin qələmindən çıxmış hər  yazı çox unikal, obyektiv və səmimi idi.Yəni sözümüzün canı odur ki,  bu alimlər təriflə yox, ədəbi təhlil və tənqidlə məşğul olublar.

Və bu gün özünü tənqidçi sayan lar o dahilərdən çox şey öyrənə bilərlər. Yoxsa, bu gün  bir tənqidçi  kimi tərifləyirlər, sabah da həmin adam onu tərifləyir!  Vallah, bu ədəbi  tənqid deyil, ədəbi tərif olur!..

  • Sentyabr:
  • 20

TƏQVİM / ARXİV