Medvedev Trampın müharibəni bitirəcəyinə inanır - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
76 | 2024-11-23 12:46

 Biz də inanaqmı? Alınan xəbərlər bunun əksini söyləyir

 Rusiyanın təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev Əl-Ərəbiyyə telekanalına müsahibəsində bəyan edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsini tənzimləyə bilər. 

 Medvedev qeyd edib ki, Tramp praqmatik adamdır.: "Yeni seçilən ABŞ rəhbəri hamının eşidəcəyi şəkildə bəyan edib ki, tez bir zamanda bu münaqişəni dayandıracaq". 

 Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmin isə düşünür ki, Donald Tramp münaqişəni güc yolu ilə dayandıracaq. XİN rəhbərinin fikirincə Tramp Kiyevə 
sərf etməyən qərarı dəstəkləməyəcək.

  Fransanın quru qoşunları komandanı general Pyer Şill hesab edir ki, Ukrayna müharibəsi  Qərbin xaricində, dünyaya hərbi texnologiyanın inkişaf etdirilməsiylə yeni döyüş metodu gətirirlər. . "Bir çox imkanlı dövlətlər hərbi texnologiyanın inkişafı sahəsində artıq bizi ötüb keçiblər. Hətta terroçu qruplaşmalar da, PUA-lara, digər kibertexnologiyalara sahibdilər və hər an bizə hücum etmək gücündədirlər"

 Yəni hazırki durumda dünyada hər kəs öz başının hayındadır.  Putin, yeni nüvə doktrinasını imzalamaqla, sınaqdan keçirdiyi yeni raketlərlə,  həmişə okeanın o tayındakı xozeynlərinin onları qoruyacağına inanan  Fransa kimi dövlətlərin də canına vəlvələ salıb. 

 Bir çoxları rusların yeni-"Oreşnik" raketlərinin sınaqdan keçirilməsini Putinin "blefi" kimi təqdim etməyə çalışsalar da, ABŞ-ın eks-kəşfiyatçısı Skott Ritter "Judging Freedom" YouTube- kanalına müsahibəsində bildirib ki, Rusiya "Oreşnik" raketlərini sınaqdan keçirməklə Qərbi inandlrdı ki, vəziyyəti daha da qızışdırmağa yönələn hər bir addım cavabsız qalmayacaq".

 Böyük Britaniyanın Espress mətbu orqanı isə, "Oreşnik" raketinin 12 dəqiqəyə Polşaya, 15 dəqiqəyə Almaniyaya, 20 dəqiqəyə isə Böyük Britaniyaya çata biləcəyi xəbərləriylə avropalıların həyəcanını daha da  artırıb. 

 Gün ərzində Ukrayna cəbhəsi barədə müxtəlif mənbələrdən  aldqlarımız bir-birini təkzib edən məlumatlardan belə qənaətə gəlmək olar ki, təəsüflər olsun ki, Rusiya-Ukrayna müharibəsi gözləntilərimizin əksinə olaraq hələ uzun müddət davam edəcək...

 

 

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV