“Ulduz” jurnalının Füzulinin 530 illiyinə həsr olunmuş xüsusi sayı çap olunub

“Ulduz” jurnalının növbəti sayı çapdan çıxıb.
Adalet.az xəbər verir ki, jurnalın noyabr-dekabr sayı dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunub.
Jurnalda “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”, ümummilli lider Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə nitqi yer alıb.
Xüsusi buraxılışda “Heydər Əliyevin Füzuli sevgisi”, Firidun bəy Köçərlinin “Molla Məhəmməd Bağdadi “Füzuli” təxəllüs”, Mirzə Cəlilin “Füzuli”, Abdulla Şaiqin “Füzuli haqqında düşüncələrim”, Bəkir Çobanzadənin “Füzuli və onun yeri”, “Cəfər Cabbarlının “Füzuli haqqında”, Əkrəm Cəfərin “Füzulinin yubileyi qarşısında qəlbim”, Məsud Əlioğlunun “Füzuli və müasir ədəbiyyatşünaslığımız” yazıları dərc olunub.
Bundan başqa, jurnalda Əliağa Vahidin “Füzulidən təxmis”, Bəxtiyar Bahabzadənin “Onun pərişanlığı” və “Qəlb şairi”, Əli Kərimin “Füzuli”, Zəlimxan Yaqubun “Görüş--ayrılıq”, Məmməd Cəfərin “Füzuli sevir”, Rəsul Rzanın “Uzaq ellərin yaxın töhfələri”, Samət Əlizadənin “Füzuli sözünün sehri”, Yaşar Qarayevin “Türk-İslam intibahının zirvəsi Füzuli”, Nihad Sami Banarlının “Füzulinin duası” yazıları işıq üzü görüb.
Xüsusi buraxılışda Füzulinin seçmə qəzəlləri də təqdim olunub.
“Ulduz” jurnalının AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi və “Təhsil” Nəşriyyatının birgə layihəsi olan xüsusi nömrəsinin redaktoru filologiya elmləri doktoru Pərvanə Bəkirqızıdır.
Digər Xəbərlər
25 Oktyabr 2025 13:42 Sərhat Kabaklı imzası, şeirləri və şeirlərin pozitiv aurası
24 Oktyabr 2025 10:13 "Kremlin hazırladığı kompleks plan üzrə hərəkət artıq başlayıb"
23 Oktyabr 2025 10:10 Türk və Azərbaycan qadın yazarlarının ortaq antologiyası işıq üzü gördü
23 Oktyabr 2025 09:46 Əbülfət Mədətoğlu: GÜN KEÇDİ
22 Oktyabr 2025 16:46 “Əkinçi” qəzetinin 150 illiyi Aran filialında təntənə ilə qeyd olundu - FOTOLAR
21 Oktyabr 2025 16:33 Türk gənclərinin şeirləri “Ulduz”un yeni nömrəsində
21 Oktyabr 2025 09:56 Qaranlığın qənimi Zemfira Məhərrəmli
21 Oktyabr 2025 09:52 

Bakı -°C 






