29 Dekabr 2024 10:54
339
MƏMLƏKƏT

Çevik Polis Alayı dövlətə və xalqa sədaqətlə xidmət edir...  

 Azərbaycan Polisi  həmişə tapşırılan işə məsuliyyətlə yanaşıb və bu gün də məsuliyyətlə  yanaşır.

 Bunu cəmiyyət və ictimaiyyət də yaxşı bilir. Ataların bir məsəli var:" Elin gözü tərəzidir". Çünki xalqımız  və millətimiz görür ki, polis onların təhlükəsizliyini təmin edir, çətin vəziyyətdə olan hər bir vətəndaşa kömək göstərir. Bu mənada Çevik Alayının xidməti əvəzsizdir. Biz dəfələrlə onun şahidi olmuşuq ki, xidmətin əməkdaşları xəstə olub onlardan kömək istəyən insana əl tutub və onu xəstəxanaya çatdırıb. Və eyni zamanda   sükan arxasında huşunu itirib , idarəetməni unudan sürücünün həyatını Çevik Polis Alayının əməkdaşları xilas edib. Biz belə faktların sayını istənilən qədər artıra bilərik, çünki onlar  tez- tez belə hadisələrlə üzləşir və insanlara yardım edirlər.

Bir dəfə də " Moskva" prospektində doqquz mərtəbəli binanın damından  özünü atmaq istəyən insanı intihardan  Çevik Polis Alayının əməkdaşları danışıqlar zamanı onu bu yoldan çəkindirdi və həyatını xilas etdi.  Əlbəttə, Çevik Polis Alayının əməkdaşları öz peşəkarlığı  və yüksək  vətənpərvərlik hissilə həmişə fərqlənib.Belə ki, İkinci Qarabağ savaşında və antiterror əməliyyatında yüksək peşəkarlıq və igidlik göstərmiş, Vətən yolunda şəhid və qazi olmuşlar. Bax onların bu qəhrəmanlığı xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Millətimiz də  belə qəhrəmanları heç vaxt unutmur.  

Yeni ilin gəlişi ilə əlaqədar olaraq Polis, o cümlədən Çevik Polis Alayı gücləndirilmiş iş rejimində  çalışacaq. Çevik  Polis Alayının Binəqədi, Suraxanı, Xətai rayonları üzrə bölükləri  ictimai asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə  üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir. Biz bayram günlərində  istirahət edəndə  onlar soyuqda, qarda, yağışda  vətənə xidmət  edirlər. Bax , buna görə də  xalqımız polisi çox istəyir!!!

Emil Faiqoğlu