Məhərrəm Bədirzadənin 80 illik yubileyinə həsr olunmuş xatirə günü - FOTOLAR
MƏHƏRRƏM BƏDİRZADƏ – 80
13 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, «Qızıl Dərviş» mükafatı laureatı, rejissor Məhərrəm Bədirzadənin 80 illik yubileyinə həsr olunmuş xatirə günü keçirildi.
Görkəmli sənət adamları, ziyalılar və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə sənətkar dərin hörmət və ehtiramla yad edildi.
Çıxış edənlər – Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə və İlham Rəhimli, Mədəniyyət Nazirliyinin məsul işçisi Nəsibə Novruzova, Əməkdar artist, professor Azad Şükürov, Xalq artisti, professor İlham Namiq Kamal, ssenarist və rejissor Əhməd Orucoğlu, Xalq artistləri Mərahim Fərzəlibəyov və Yasin Qarayev Məhərrəm Bədirzadə haqqında xoş sözlər söylədilər, onunla bağlı xatirələrini bölüşdülər.
Tədbirdə həmçinin sənətkarın quruluş verdiyi tamaşalardan və verilişlərdən parçalar, görkəmli teatr xadimləri Azər Paşa Nemətovun, Elçin Əfəndiyevin onun haqqında dəyərli fikirləri və rejissorun iştirakı ilə çəkilmiş Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkilləri” (rejissor Ramiz Həsənoğlu) tamaşasından parçalar nümayiş etdirildi.
Tədbirin sonunda Məhərrəm Bədirzadənin həyat yoldaşı Xuraman xanım təşkilatçılara minnətdarlığını bildirdi.
Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşdı.
Digər Xəbərlər
13 Yanvar 2026 13:01
Şəhid kəşfiyyatçı Leytenant Vüsal Muradovun xatirə gecəsi keçirilib
13 Yanvar 2026 09:12
"AĞDAM VƏ MƏN" - "Ağ Damlı Adam" - Aqil Abbas haqda portret film - VİDEO
12 Yanvar 2026 13:27
QAZAX ALBAN MƏBƏDİ - ALBAN MEMARLIĞININ İNCİLƏRİNDƏN BİRİ
09 Yanvar 2026 17:53
Bəzi tarixi mədəniyyət abidələrinin adları bərpa edildi
09 Yanvar 2026 16:54
“Sarı gəlin”in İranda erməni mahnısı kimi təqdim edilməsinə münasibət
09 Yanvar 2026 12:05
“Üzeyir Hacıbəyli Mükafatı”nı qazanan müəllimlərin sayı açıqlandı
07 Yanvar 2026 12:43
Mirzəağa Əliyevin teatrdan uzaqlaşdırdığı gənc aktyor - Əntiqə Kərimzadə yazır…
06 Yanvar 2026 13:24


Bakı -°C

