3- 5 qəpiyi qəbul etmirlər
Dəfələrlə Bakıda belə hadisə ilə üzləşmişəm.
Gedirsən hər hansı bir yerə 3 qəpik, 5 qəpik verəndə götürmürlər. Yanvarın 25-də " 20 yanvar" metrostansiyasının yaxınlığında fəaliyyət göstərən tualetdə bir kişinin verdiyi 4 ədəd beş qəpiyi xidmətçi götürmürdü.
Deyirdi ki, müdirimiz tapşırıb ki, 3-5 qəpikləri göturməyək. Ancaq bu dəfə daş qayaya rast gəlmişdi. Müştəri bildirdi ki, verdiyim pul Azərbaycan puludur, hüququnuz yoxdur ki, onu qəbul etməyəsiniz. Axır ki, müştərinin israrlı tələbindən sonra xidmətçi donquldana- donquldana pulu götürdü. Çox qəribədir, nə üçün bəzi yerlərdə Azərbaycanın 3- 5 qəpiyini götürmək istəmirlər.
Bu Azərbaycan puluna hörmətsizlik olmaqla yanaşı, həm də birmənalı olaraq qanun pozuntusudur. Qanunlara əməl etmək isə hamının borcudur!
Emil Faiqoğlu
Digər Xəbərlər
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50


Bakı -°C

