Əyilməyəsən!
Elə danış ki,sən,elə gül ki,sən,
Fırlan bu dünyanı,elə gəl ki,sən,
Hər an Allahını yada sal ki,sən,
Enəndə,ay dostum,əyilməyəsən!
******
Şahmat taxtasında şah da mat olur,
Piyada dönərək bəzən at olur,
Xeyirxah insanlar çox rahat olur.
Sadə ol,enəndə əyilməyəsən!
******
Dostuna yuxardan aşağı baxma,
Kasıbı yandırma,yetimi yaxma,
Od olub,başında şimşək tək çaxma,
Sonunda pislərdən sayılmayasan!
******
Yaxşılıq et,fürsət düşsə əlinə,
Zəhər tökmə danışanda dilinə,
Mərd övlad ol,hər bir zaman elinə,
Axırda pis olub oyulmayasan!
******
Yaxşı insan öz-özündən güc alır,
Yaxşı insan öz gözündə ucalır.
Yaxşı insan əməliylə düz qalır.
Düz ol ki,enəndə əyilməyəsən!
******
Yaxşılar qalxacaq zirvəyə,önə,
Yamanlar düşəcək dumana,çənə,
Hər an söyləyirəm,mən dönə-dönə,
Yaxşı ol,sonunda əyilməyəsən!
******
İmkan da gedəcək,var da gedəcək,
Sevinc də,gülüş də darda gedəcək,
Nə qazanmısansa,orda gedəcək.
Elə et,soğan tək soyulmayasan!
******
Cavanlıq da gedər,qocalıq gələr,
Zalımın qəlbini dərd-kədər dələr,
Gör,onun başına de,nələr gələr.
Elə et,yaman tək oyulmayasan!
******
Namərdlər mərdlərə bir ibrət olsun.
Pislərə Allahdan bir nifrət olsun,
İnsanda kömək çün,cəsarət olsun.
Olsun ki,öləndə soyulmayasan!
******
Əlindən gəlirsə,yaxşılıq eylə,
İnan ki, bu işlər yaxşıdı böylə,
Sən kini-küdrəti uzaqda əylə,
Əylə ki,pislərdən sayılmayasan!
******
Soğan qabığı tək soyulur insan,
Yamanlıq eyləmək deyildir asan,
Onun çün, bu işdən vaxtında usan.
Haqqın qarşısında döyülməyəsən!
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.
Digər Xəbərlər
15 Sentyabr 2026 11:24
YENİ TƏDRİS İLİMİZ MÜBARƏK!
14 Sentyabr 2026 19:47
Əbülfət Mədətoğlu: TƏBRİKSİZ GÜN...
14 Sentyabr 2026 12:44
Yaxşılıq səssiz ediləndə insanların qəlbində qalır
14 Sentyabr 2026 10:54
Əbülfət Mədətoğlu - Həyatımdakı 11 sentyabr
14 Sentyabr 2026 10:53
“Ağıl öyrətmək zorunda qaldığım bu mövzuya bir də qayıdası olmayacağam”
11 Sentyabr 2026 16:21
Rafiq ƏLƏKBƏR: Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadənin dastanı
11 Sentyabr 2026 13:34
Əbülfət Mədətoğlu: "Həyatımın ən böyük riskini etdim"
10 Sentyabr 2026 12:05


Bakı -°C

