Nə yaxşı kitab oxuyan var...
Kitab oxuyan adam görəndə elə bil ki, dünyanı mənə verirlər.
Çünki kitab oxuyan adam mərhəmətli olur, savadlı olur, paxıllıq eləmir, dar gündə insanlara arxa durur. Amma bizim millət də almanlar, fransızlar, ingilislər, yaponlar, ruslar kimi kitab oxuyan deyil.Ona görə də o millətlərlə ayaqlaşa bilmir, geridə qalırıq. Amma min şükür, Afrika və Asiya xalqları ilə müqayisədə biz bir addım irəlidəyik. Onlar heç kitab oxuyan deyil, yenə biz hərdənbir kitab oxuyuruq. O günü metroda qatarla işə gedəndə əyləşdiyim vaqonda əksəriyyəti gözünü mobil telefonun ekranına zilləmişdi.
Təkcə bir xanım kitab oxuyurdu.Kitabı ilə həvəslə mütaliə edirdi ki, heç başını qaldır ətrafına belə baxmırdı. O xanım milli tərzdə geyinmiş və çox əxlaqlı bir insan idi. Sözün düzü onun milli tərzdə geyiminə və kitab oxumağına baxıb çox sevindim. Sevindim ki, hələ də bəzi insanlarda kitaba böyük məhəbbət var!
Və nə yaxşı ki, kitabı sevən, oxuyan belə gənclərlə üzləşirik. Axı əksər gənclər sosial şəbəkələrə maraq göstərir. Amma nə müasir texnologiya, nə də , vallah, sosial şəbəklər kitabın yerin verə bilmir və bundan sonra da verə bilməyəcək!
Emil Faiqoğlu
Digər Xəbərlər
02 Oktyabr 2026 17:06
Əməyin dəyərindən istirahətin sevincinə – Nabran təəssüratları
01 Oktyabr 2026 18:29
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
01 Oktyabr 2026 10:00
Əbülfət Mədətoğlu: VARMI
01 Oktyabr 2026 09:23


Bakı -°C

