14 Fevral 2025 15:43
520
MARAQLI

 Şərafətin çayından yoxdu...  

Mən çaydan gözəl içki tanımıram.

 Belə bir deyim də var:" Çay nədir, say nədir, çıxdı  beşə vu on beşə".  Hamı istəyir ki, içdiyi çay dadlı- ətirli oldum. Pürrəngli, xoruzqiyruğu çayın isə özgə  bir gözəlliyi var. Mən  çox yerdə çay içmişəm, amma Yeni Günəşlidə  Şərafətin çayxanadındakı çayın dadını heç yerdə görməmişəm.

Bu çayxanaya dostlarımız  Səməndər müəllimlə, polkovnik Yaşar müəllimlər, Şikar müəllimlə, Fəxrəddin  müəllimlə tez - tez  gedirik. Çünki burdakı çayın dadı hər yerdə olmur. Şəfayət qardaşımızın çayı kimi  dili də çox gözəldi. Allah onu gözəl xasiyyət kimi, gözəl də  qabiliyyət verib. İçəri keçən kimi tanıdı- tanımadı hamını meribanlıqla qarşılayır.Və sonra da  müxtəlif otlardan  bir çay dəmləyir ki,  gəl  görəsən! Çaynikin içinə dağların  hər cür otunu- çiçəyini  atır.

Onun dəmlədiyi çaydan Qoşqarın, Kəpəzin, Şahdağın ətri gəlir.Hər güldə, çiçəkdə  bir gözəllik, bir qoxu var.Bax ona  görə Şərafətin  çayı belə dadlıdır. Onun dəmlədiyi çaydan hər dəfə içəndə polkovnik Yaşar bəy deyir ki, vallah, Şərafətin  dəmlədiyi çaydan yoxdu. Bu sözləri tək Yaşar müəllim demir, ha! Bu sözləri çayxanaya gələnlər, o cümlədən Səməndər müəllim, Faiq müəllim, Şikar müəllim, Fəxrəddin  müəllim də deyir. Onlar onu da deyirlər ki, əgər ölkəmizdə çayçılar arasında  yarıs keçirilsə, Şərafətin  dəmlədiyi çay birinci yerə çıxar! Ona ğorə ki, onun dəmlədiyi çaydan Azərbaycanın və bütün Türk Dünyasının ətri gəlir. Yoxsa, Rasim cayı! Onun çayi Arazın lilli suyuna oxşayır. Bilmirsən ki, içdiyin lilli südü, yoxsa çay?Uzun sözün qısası hansı çayxanada çay içsək Şərafətin cayının  yerini vermir.  Təbii ki, onun dəmlədiyi çaydan içəndə  dostlarımız dönə - dönə deyir ki, doğrudan da  Şərafətin çayından yoxdu...

Emil Faiqoğlu