Ucalıram mən

Şairəm,dünyada etibar,vəfa,
Axtara-axtara qocalıram mən.
Yazıb,yaradıram yeri gələndə,
Gözəl təbiətdən güc alıram mən.
******
Qurub,yaratmağa əlim var mənim,
Sözümü deməyə dilim var mənim,
Xoş keçən hər anım,ilim var mənim.
Ulu Yaradandan bac alıram mən.
******
Yaxşılıq eylə ki,gəlsin başına.
Dünya tuş olmasın namərd daşına.
Bil ki,nə eyləsən çıxar qarşına.
Yaxşılar elində ucalıram mən.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.