"Putin müharibənin dayanmasını istəyir"..? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
129 | 2025-04-16 10:29

Ağ Evin mətbuat katibi Kerolsyn Livitt jurnalistlərə bildirib ki, ABŞ prezidenti Donald Tramp hesab edir ki,  rusiyslı həmkarı Vladimir Putin, Ukraynada hərbi münaqişənin dayandırılmasını istəyir.

 "Tramın xüsusi elçisi Stiven Uitkoff inanır ki, Rusiya müharibənin dayandırılmasını istəyir və prezident Tramp da buna inanır"-deyə Livitt bəyan edib.

 Xüsusi elçinin sözlərinə görə, Rusiya prezidenti onunla görüşdə,  amerika tərəfindən daimi sülhün təmin olunmasını xahiş edib. 

 Müharibənin dayandırılmasını Putində istəyir, Tramda istəyir, Zelenskidə istəyir, bir sözlə hamı istəyir, lakin müharibə davam edir. Həm Ukraynanın, həm də Rusiyanın yaşayış məntəqələri intesiv surətdə atəşə məruz qalır.  Ölən və yaralananların sayı idə hər gün artmaqdadır. 

 Tərəflər sülh istəyir, vasitəçilərdə həmçinin.  Amma hələ ki, nəticə əldə etmək mümkün olmur. Çünki, Rusiya tərəfindən işğal olunmuş beş regionun taleyi danışıqlar masasına oturmağa mane olan əsas problemə çevrilib.

 Rusiya prezidenti dayanıqlı sülh istəyir, lakin üətiyyətlə işğal etdiyi Ukrayna ərazilərindən çıxmaqan imtina edir. Ukrayna sülh istəyir, lakin işğal olunmuş ərazilərini güzəştə getməyi ağlına belə gətirmir. Tramp müharibəni bitirmək istəyir, lakin bu labirindən necə çıxmaq yollarını tapa bilmir. 

 ABŞ administrasiyasının atəşin dayandırılması və münaüişə tərəflərinin danışıqlar masasına oturmaları üçün hazırladığı "A", "B", "C"və s. planları nəticəsiz qalmaqdadır. Vaxt daralır, Tramp gah Putini qınayır, gah Zelenskini qınayır, Avropa İttifaqını qınayır, Co Baydeni əsas günahkar hesab edir, hansısa  müsbət bir nəticəyə nail olmaq mümkün olmur.

 Görünən odur ki, artıq münaqişə tərəfləri arasında bütün körpülər yandırılıb və müharibə sonsuzluğa qədər davam edəcək. 

 Tramp çalışır, cəhd edir, miyonlarla insan qarşısında verdiyi sözün yerinə yetiriləcəyinə ümid edir. O, Rusiya prezidenti Vladimir Putinə inandığını bəyan edir, Rusiya prezidenti isə, bir tərəffən sülh istədiyini bildirir, lakin, qarşı tərəfin heç bir halda qəbul etməyəcəyi tələblər irəli sürür. Ukrayna prezidenti ərazi bütövlüyünün təmin olunmasını istəyir, Putun isə, bununla razılaşmır...

 Müharibə davam edir, görünən odur ki, Putin və Zelenski hakimiyyətdən getməyənə qədər bu düyün çözülməyəcək...

 

TƏQVİM / ARXİV