Şəlalə Camal: Mən özüm yıxılmadım ki...
"Özü yıxılan ağlamaz"- deyirdilər
Mən özüm yıxılmadım ki...
Məni yıxan sən oldun.
Libasın sevgidən oldu
Əslin xəyanət deyildi?!
Gəzdiyim eşq yollarında,
Ayağımı büdrətdin.
Uşaqtək sevinirdim
Şirin yalanlarına...
Sığal, tumarlarına...
İndi oyuncağını itirən
Həmin o uşağam mən.
Küsülüyəm parka da...
Küsülüyəm hamıya.
Söylə, kimdir günahkar?
Bu seçimi mən etdim?
Ya sən vəfasız çıxdın?
Qəlbimdə oyuncaq səsini
Artıq heç nə əvəz etmir,
Sükutun taxt qurduğu yerdə
Bir avaz, bir səs… gəlmir.
Önümdə aynalar da susur,
Sükut səni xatırladır,
Əllərimə toxunan yel belə
Adını pıçıldayır,
Yenə səndən danışır…
Sən isə…,
Mənim göz yaşlarımla suladığım
O sevgini tapdaladın,
Bu saf, müqəddəs bir eşqə
De, niyə layiq olmadın?
Suallarım məni, boğur,
Cavabını da bilmirəm.
Söylə, susma...
Bu yıxılmanın adı nədir?
Yoluma daş qoyan kimdi?
Qismət deyib susummu?
Ya qəlbimə sahib çıxım?!
Digər Xəbərlər
13 Oktyabr 2026 16:32
SİZ BİZƏ GƏRƏKSİNİZ, MİSİR MÜƏLLİM!
13 Oktyabr 2026 16:22
IV Beynəlxalq “Quadrat” Nəsr Festivalında Azərbaycanı Ulucay Akif təmsil edir
13 Oktyabr 2026 12:28
Təbrizə Pünhanın şeirlərindəki onomastik vahidlərin semantikası
13 Oktyabr 2026 10:52
DİVARDAKI ŞƏKİLLƏR - Salatın Əhmədli yazır
13 Oktyabr 2026 10:51
Şlyapalı kişi....
13 Oktyabr 2026 09:35
AYAZ ARABAÇI POEZİYASI- RUHUN SƏMİMİYYƏT AYNASI - Vüsal Hicranoğlu yazır
13 Oktyabr 2026 09:32
Yusif Nəğməkarın yaradıcılığında vətənpərvərliyin poetik əksi
12 Oktyabr 2026 14:21


Bakı -°C

