"Azərbaycan tərəfdaşlar üçün Cənubi Qafqazda açar rolunu oynayır”

Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir. Ölkəmiz bir çox tərəfdaşlar üçün Cənubi Qafqazda açar rolunu oynayır. Azərbaycan öz iqtisadi, siyasi, diplomatik və hərbi potensialını birləşdirərək ötən illər ərzində yaratdığı imkan və üstünlükləri sayəsində ərazi bütövlüyünü təmin etməyi bacarıb və bu gün Cənubi Qafqazın ən güclü dövləti, Xəzər regionunun nüfuzlu gücü sayılır. Coğrafi baxımdan regiondan uzaqda yerləşən Vyetnam da Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
Ötən həftə ölkəmizə dövlət səfəri edən Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Bakıda keçirdiyi rəsmi görüşlərdə ikitərəfli əlaqələrdə yeni mərhələnin əsası qoyuldu. Səfər çərçivəsində tərəflər enerji, ticarət, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladılar. Ənənəvi enerji sahəsindəki əməkdaşlıqdan əlavə, hər iki ölkə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görür.
Vyetnamda da hesab edirlər ki, Azərbaycanın Asiya ilə Avropa arasında mühüm nəqliyyat qovşağı olması logistika, dəniz və dəmir yolu daşımaları, aviasiya və bərpaolunan enerji sahələrində əməkdaşlıq üçün geniş imkanlar açır. Tərəflər iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsinə və nəqliyyat əlaqəliliyinin artırılmasına qarşılıqlı maraq nümayiş etdirir.
Bakı və Hanoy həmçinin müdafiə sənayesi sahəsində perspektivləri dəyərləndirəcək. Nəzərə alsaq ki, hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Prezident İlham Əliuevin də söylədiyi kimi, burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.
Vyetnamla Azərbaycan həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Belə ki, BMT Təhlükəsizlik Şurasında sözügedən ölkə Azərbyacan çox ciddi dəstək nümayiş etdirdi. Eyni zamanda Qoşulmama Hərəkatı çərçivəsində də uğurlu birgə fəaliyyət davam edir. Ən vacibi – Bakı ilə Hanoy hər zaman bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyib.
Tərəflər həmçinin humanitar sahədə də əməkdaşlığı genişləndirir. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində də effektiv görüşlər keçirildi. Beləliklə, Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf etdirilir.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Digər Xəbərlər

Prezidentin bugünkü görüşlərinin - Videoicmalı

İlham Əliyevlə Paşinyan arasında maraqlı dialoq - VİDEO

Prezident Tiranada Paşinyanla görüşdü - YENİLƏNİB + VİDEO

Prezident Tiranada Zirvə toplantısında - FOTOLAR - YENİLƏNİB

İlham Əliyev Ərdoğanla görüşdü

İlham Əliyev Antonio Koşta və Ursula fon der Lyayenlə görüşdü - YENİLƏNİB

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
