Su qıtlığı...

Bir həftədən çoxdur ki, Bakıda bəzi yaşayış sahələrində su yoxdur, ya da fasilələrlə verilir.
Təbii ki, isti havalarda insanlar daha çox su işlədir. Onda görün belə olanda Bakıda insanlar hansı çətinliklərlə üzləşirlər. Deməli, yenə birmənalı olaraq hər şey su təchizatıçılarından asılıdır. İndi heç kimə sirr deyil ki, paytaxtda bir kubmetr suyun qiyməti bir manatdır. Aydındır ki, suyun qiyməti qalxıb da, adiyyatı qurumlar zəhmət çəkib əhalini fasiləsiz su ilə təhciz etməyə borcludur.
Amma İri Şəhərlərin Su Təchizi Xidməti bu vəzifənin öhdəsindən layiqincə gələ bilmir. Qurumun mətbuat xidmətinin rəhbəri televiziyadakı çıxışında bildirir ki, su kəmərində qəza yaranıb, həmin qəza aradan qaldırılandan sonra yaşayış yerlərinə fasiləsiz su veriləcək.
Təəssüf ki,onlar verdikləri vədə əməl etmir və nəticədə istehlakçılar susuz qalır. Hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, əfsuslar olsun ki, yenə bir çox yaşayış sahələrinə su verilməyib. Hətta bizim yaşadığımız Yen Günəşlidə də bir neçə gün su olmayıb. Ona görə də, məlum qurum zəhmət çəkib bu isti günlərdə insanları içməli su ilə təchiz etməlidir!
Emil Faiqoğlu
Digər Xəbərlər

Vilayət Eyvazov Astarada vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTOLAR+VİDEO

Yeni yerüstü piyada keçidi inşa olunur

Bu ərazidəki tikililər söküləcək, parkın ərazisi genişləndiriləcək - VİDEO

Bu ərazilərə yağış yağıb - Faktiki hava

"Canlılara müdaxilə təbiətlə balansın pozulması ilə nəticələnər" - Mərkəzi Nəbatat Bağından MÜRACİƏT

Azərbaycanda hostellərə müşahidə kamerası qoyulacaq

İsti hava şəraiti həftə sonunadək davam edəcək
