Xaçmazda “Ailə Dəyərləri və Erkən Nikahlar” Mövzusunda Maarifləndirici Tədbir Təşkil Olundu - FOTOLAR

2025-ci il 14 iyul tarixində Xaçmaz şəhərində “Ailə dəyərləri və erkən nikahlar” mövzusuna həsr olunmuş maarifləndirici tədbir baş tutub. Tədbirin keçirilməsi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı cənab Elnur Rzayevin dəstəyi və birbaşa diqqəti sayəsində mümkün olmuşdur. Cənab Rzayevin ailə dəyərlərinin qorunması, gənclərin maarifləndirilməsi və erkən nikahlarla mübarizə sahəsində göstərdiyi xüsusi həssaslıq tədbirin uğurla ərsəyə gəlməsinə zəmin yaradıb.
Tədbirin təşkilatçısı və aparıcısı tanınmış jurnalist və ictimai fəal Şükufə Ramizqızı, təşkilati dəstəkçisi isə “Aniza Kids” İnklüziv Təhsil Mərkəzinin təsisçisi və direktoru Zəhra Quliyeva olmuşdur.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Əliyeva, yerli ziyalılar, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi ailə dəyərlərinin təbliği, cəmiyyətdə sağlam ailə modelinin təşviqi və erkən nikahların yaratdığı sosial-hüquqi fəsadlar barədə ictimai maarifləndirmənin aparılması olmuşdur.
Millət vəkili Ceyhun Məmmədov çıxışı zamanı ailə institutunun cəmiyyətin təməl dayağı olduğunu vurğulamış, ailədaxili münasibətlərin möhkəmləndirilməsi və erkən nikahlarla mübarizənin vacibliyini xüsusi qeyd etmişdir.
Çıxış edən digər rəsmi şəxslər və sahə üzrə mütəxəssislər ailədaxili tərbiyənin rolu, valideyn məsuliyyəti, gənclərin hüquqlarının müdafiəsi və sağlam ailə modelinin formalaşdırılması ilə bağlı mühüm məqamları iştirakçıların diqqətinə çatdırıblar.
Digər Xəbərlər

“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” KİTABININ TƏQDİMATI OLUB

Yurda uzanan yollarda gənclik karvanı

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

“QƏRBİ AZƏRBAYCAN AŞIQLARININ DASTAN REPERTUARI” ADLI KİTABIN TƏQDİMATI OLUB

“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR”

“Ağdam və Ağcabədi Şəhid ailələri ilə iş” layihəsinin təqdimatı keçirilib

Kölgə İqtisadiyyatında Korrupsiya Halları və ona qarşı mübarizə”adlı layihənin yekun tədbiri keçrilib
