ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
Dünyada çox müharibələr olub və o müharibələrdə heç şübhəsiz ki, bombardmanlar nəticəsində evlər, sosial obyektlər, məktəblər yerlə-yeksan olub və dağıdılıb. Bütün bunlar müharibələrin bəşəriyyətə və insanlığa gətirdiyi böyük faciələrdir. Ona görə də dünyanın heç bir yerində insanlar müharibə istəmir və sülh arzulayırlar. Çünki sülh olanda nə şəhərlər, nə kəndlər, nə qəsəbələr dağılır, nə də insanlar ölür.
Amma ermənilərin bizimlə apardığı Qarabağ savaşında insani dəyərlər, humanizm və ən nəhayət, bəşəri düşüncələr heç vaxt nəzərə alınmadı. Ona görə nəzərə alınmadı ki, bizimlə düşmənçilik edən ermənilər insanpərvərlikdən, sülhdən və ən nəhayət, insanlıqdan uzaq idilər. Əgər uzaq olmasaydılar onlar ərazimizin 20 faizini işğal edərkən şəhərlərin, qəsəbələrin və kəndlərin daşını daş üstə qoymazdılar.
Təbii ki, bütün 30 il müddətində ermənilər və onların havadarları işğal altında olmuş torpaqlarımızın, ərazimizin sərvətlərini talayıb aparmaq üçün müxtəlif yollar axtarmışdılar və onu da tapmışdılar. Onlar hər bir rayonu, qəsəbəni, kəndi işğal edəndə insanları qırıb-çatmaqla yanaşı, ordakı təbii sərvətləri, camaatın mülkünü talayıb aparmaq haqqında planlar hazırlamışdılar. Və o plana uyğun da ermənilər 30 ildə Azərbaycana qarşı soyqırımı tətbiq etməklə yanaşı, onun sərvətinə, ekologiyasına, fauna və florasına böyük zərbələr vurmuşdular.
Hadisə şahidlərindən biri deyir ki, ermənilər yaşayış məntəqələrimizi ələ keçirəndən sonra hər evi kimlərəsə 300 dollar səviyyəsində satıblar. Yəni bu evin içindəki mülk, əşya, müxtəlif qiymətli xalçalar və digər avadanlıqlarla yanaşı evin döşəməsi, tavanı, qapısı, pəncərəsi, üst örtükləri hamısı, hətta daşı belə bir-bir sökülüb aparılmışdı. Hələ bütün bunlar da hamısı deyil, onlar Zəngilan kimi rayonda uzun illər boy verən çinar meşəliklərinin hamısını qırıb talamış, bir çinar ağacı belə qoymamışdılar.
Eyni zamanda Füzulidə, Ağdamda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Cəbrayılda və digər işğal altında olan yaşayış məntəqələrimizdə 100-200 illik çinar, palıd, qoz və digər nadir ağacların hamısını kökündən çıxarmışdılar. Hətta bir neçə yerdə onlar taxta sexləri yaratmış, palıddan və qozdan parketlər və eləcə də qiymətli mebellər hazırlayaraq xarici ölkələrə, o cümlədən Fransaya göndərmişdilər. Qızıl yataqlarımız və eləcə də digər təbii zəngin ehtiyatları olan yerlərdə yeni zavodlar, yeni sexlər açmışdılar. Zəngilandakı və Gədəbəydəki sexlər buna nümunə ola bilər. Xaricdən gələn milyarderlər həmin yerlərə ən müasir avadanlıqlar və dəzgahlar gətirir, həmin qiymətli məhsulun emalı ilə məşğul olurdular. Elə ermənilər bu qızıl yataqlarından milyardlarla dollar vəsait əldə etmişdilər. Onlar Azərbaycanın varını-dövlətini, sərvətini daşıyır, beynəlxalq təşkilatlar isə bunu görsələr də susmağa daha böyük üstünlük verirdilər. Çünki Fransa və Avropanın digər dövlətləri bu sərvətlərdə maraqlı idi.
Həmin dövrlərdə mənim bir tanışım Fransaya getmişdi. Orda ermənilərin istehsal etdiyi və satışa çıxartdığı «İstisu»yu 5 dollara almışdı. Eləcə də İrana, daha doğrusu, Azərbaycanla sərhəd kəndlərinə gedən bir tanışım Aslandüzdə olarkən dostunun evinə gedir və orda evinin qiymətli qapısını görür. Soruşur ki, bu qapını hardan almısan? Deyir ki, ermənilər o evi mənə əşya qarışıq 300 dollara satmışdılar. Bu gördüyün qapı da həmin evin qapısıdır. Ev sahibi deyir ki, bu qapı mənim evimin qapısıdır, kövrəlir və gözləri dolur.
Dünyanın heç bir müharibəsində qəbiristanlıqlar buldozerlərlə şumlanıb həmin yerdə taxıl və digər kənd təsərrüfatı məhsulları əkilməyib. Amma ermənilər Ağdamın və Füzuli şəhərinin qəbiristanlığını şumlayaraq orda taxıl və digər məhsullar əkiblər. Bunu kim edər? Əlbəttə, bunu ancaq ermənilər edər.
Hələ ən dəhşətlisi odur ki, onlar müharibə dövründə xaricdən gətirdikləri avadanlıqla qəbirləri bir-bir yoxlayır, hansı qəbirdə dəfn olunan insanın ağzında qızıl diş varsa onları çıxarıblar. Belə qəbirlər bir deyil, iki deyil. Qarabağda qəbiristanlıqlarda minlərlə belə qəbirləri goreşən kimi dağıdıb ordakı cəsədlərdə qızıl axtarıblar. Heç eləsi var ki, qızıl dişi olmayıb, amma yenə o qəbiri dağıdıblar, cəsədi də, sümükləri də bir yana atıblar. Bütün bunlar erməni vəhşiliyinin bariz nümunəsidir.
Erməni elə millətdir ki, onlara canını, qanını, həyatını qurban versən belə, fürsət düşən kimi bir gün sənin başını ya pambıqla kəsəcək, ya balta, ya da dəhrə ilə. Onlar bizim əsirlərlə çox vəşhicəsinə davranıblar. Biz onların əsirlərinə beynəlxalq hüquq normalarına uyğun münasibət göstərmişik, həbsxanalarda normal şərait yaratmışıq və davamlı olaraq qida ilə təmin etmişik. Ancaq onlar bizim əsirlərə olmazın zülmün ediblər – ya qıçını sındırıblar, ya qabırğasın, ya da gözünü çıxarıblar. Çünki əsirləri dəyişən kimi biz bunları dəfələrlə görmüşük. Onların əsirlərinin sifətindən yağ damıb, bizim əsirlərin çöhrəsindən ölüm. Bax, ermənilər həmişə belə olublar. Əsir düşəndə ilan kimi dil çıxarıb yalvarıblar, burda kef ediblər, amma qayıdanda deyiblər ki, azərbaycanlılar bizi incidiblər. Yalansa Allah sizə qənim olsun!
İkinci Qarabağ savaşında 44 günlük Vətən Müharibəsində Qarabağ tamamilə erməni işğalından azad ediləndən sonra biz bütün bu vəşhiliklərin və müharibə cinayətlərinin şahidi olduq. Bir bina tapılmadı ki, Azərbaycan bayrağını əsgərlərimiz ora sancsınlar. Çünki ermənilər ərazilərimizdə daşı daş üstə qoymamıqdılar. İndi bizə Qarabağ müharibəsində yüz milyarddan çox maddi ziyan dəyib. Beynəlxalq Məhkəmədə bu məsələlər araşdırılmalı, bizə dəymiş maddi və mənəvi ziyanı ermənilər ödəməlidirlər. Əgər vəsaitləri yoxdursa onda zəhmət çəkib ərazi mübadiləsi etməlidirlər. Hər halda, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və beynəlxalq ədalət məhkəməsi bu haqsızlığa dözməməli, öz konkret münasibətini bildirməlidir.
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52
“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
29 Dekabr 2025 08:30


Bakı -°C

