“Bakı və Aşqabad əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır”
Azərbaycan-Türkmənistan münasibətlərində yeni mərhələ başayır. Bu ölkənin Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri bir daha təsdiqlədi ki, rəsmi Aşqabad münasibətlərin bundan sonra da yüksək səviyyədə inkişafında maraqlıdır.
Bakı ilə Aşqabad arasında vaxtı ilə müəyyən soyuqluq olsa da son illər müsbət dinamika müşahidə olunmaqdadır. Tərəflər ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə düzgün və vaxtında qərarlar verməklə əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməyə müvəffəq olub. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlər əldə olunub.
Əslində Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma bu region üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxışın böyük əhəmiyyət kəsb etdiyi bir vaxtda Azərbaycana maraq da artır. Belə ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır, öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edib. Təsadüfi deyil ki, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb. Ölkələrimiz tərəfindən icra edilən layihələr də nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Səfər zamanı nəqliyyat sahəsində əməkdaşlığa da xüsusi diqqət çəkildi. Bildirildi ki, iki ölkənin tranzit nəqliyyat layihələri region üçün mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı əmtəə dövriyyəsinin ildən-ilə artması, bu sahədə əməkdaşlığın uğurla inkişafı ticarət-iqtisadi sahədə də əlaqələrin səmərəliliyindən xəbər verir. Bu xüsusda tərəflər ölkələrimizin bu sahədə potensialının tam şəkildə reallaşdırılması üçün geniş imkanların olduğunu qeyd ediblər.
Azərbaycan Türkmənistanla həm də Xəzər hövzəsində əməkdaşlıq edir. Ölkəmiz hər zaman Xəzər dənizində əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılmasına böyük səy göstərib. Əvvəllər tərəflər arasında mövcud olan gərginlik də artıq həllini tapıb. Belə ki, 2021-ci il iki ölkə Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalayıb. Beləliklə, Bakı ilə Aşqabad ilk dəfə Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başladı.
Ümumiyyətlə, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq bu regionda sabitliyə və təhlükəsizliyə əlavə töhfə verir.
Q.Berdiməhəmmədovun işğaldan azad olunmuş ərazilərə səfəri də Azərbaycan-Türkmənistan münasibətlərinin xarakterinin göstəricilərindən biridir. Digər tük dövlətlərinin bərpa prosesində iştirakından sonra yaxın gələcəkdə rəsmi Aşqabadın da bu prosesə qoşulacağını gözləmək olar.
Digər Xəbərlər
13 Dekabr 2025 18:40
"Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir" - Elçin Əmirbəyov
13 Dekabr 2025 10:00
Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
12 Dekabr 2025 15:09
Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
12 Dekabr 2025 15:07
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
12 Dekabr 2025 14:39
MSK yenidən formalaşdırılacaq? - Məzahir Pənahovdan açıqlama
12 Dekabr 2025 12:35
Türkiyə Milli Müdafiə Nazirliyi Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
12 Dekabr 2025 11:23
Əli Əsədov: Türkmənistanın neytrallıq siyasətini yüksək qiymətləndiririk
12 Dekabr 2025 10:28


Bakı -°C

