24 Sentyabr 2025 13:00
62
SAĞLAMLIQ

Quyruq yağı...

Bir çox həkimlər deyirlər ki, quyruq yağı yeməyin, o, insana ziyandır və tərkibində xolesterin var. Bunu bizim həkimlər deyir. Amma dünyaşöhrətli türk həkimi Canan Kaya bu barədə başqa fikirlər səsləndirir.

Canan  xanım deyir ki, quyruq yağı qədər insana xeyirli az yağlar var. İmkan daxilində ondan bol- bol istifadə edin! Qarğıdalı, günəbaxan və digər heyvan mənşəli yağlardan quyruq yağı daha keyfiyyətli və təhlükəsizdir.

Onun tərkibində deyildiyi kimi, insana ziyan olan heç bir element yoxdur. Bəzən deyirlər ki, onda  xolesterin var. Bu da yalan sözdür. Mən demişəm və yenə deyirəm ki, quyruq yağı insana xeyirlidir və ona güc- qüvvət verir!  Onu da qeyd edək ki, bu gün ölkəmizin market və mağazalarında mənşəyi bilinməyən və özü də keyfiyyətsiz yağlar satılır. Hətta onların bir çoxu televiziya kanallarında reklam olunur.

Sizsə, reklama yox , Canan Kaya kimi vicdanlı həkimlərin tövsiyələrinə qulaq asın və quyruq yağından ürəyiniz istədiyi kimi istifadə edən, çünki onun insan səhhəti  üçün heç bir qorxusu yoxdur!

Emil Faiqoğlu