“Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində vacib rol oynayır”
“Azərbaycan - İtaliya münasibətləri bəzi Avropa dövlətləri üçün nümunədir. Ölkələrimiz strateji tərəfdaşlardır. Cənab Prezidentimiz İlham Əliyevin və Prezident Sercio Mattarellanın mətbuata bəyanatlarında söylədikləri fikirlər qarşılıqlı münasibətlərin səviyyəsindən xəbər verir. Ölkələrimizin arasında ilk strateji tərəfdaşlıq sənədi 2015, ikincisi isə 2020-ci ildə imzalanıb”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini deputat Musa Qasımlı deyib. O bildirib ki, İtaliya Azərbaycanın xarici ticarətində birinci yeri tutur:
“2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin ümumi həcmi təxminən 8 milyard dollar təşkil edib. Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində vacib rol oynayır. Azərbaycan neftinin İtaliyanın neft balansında birinci yerdə, qazının isə ikinci yerdə olması güclü tərəfdaşlığı, inam və etibarlılığı göstərir”.
M.Qasımlının sözlərinə görə, əməkdaşlığın istiqamətlərindən biri də təhsildir:
“İtaliya-Azərbaycan Universitetinin qurulması münasibətlərin gələcəyinin təminatlarından biri olmaqla, universitetlər arasında əməkdaşlığa, tədqiqatlara kömək edəcəkdir. Tələbələr arasında dostluq ictimaiyyətin əlaqələrinə də təsir göstərəcəkdir. Mədəniyyət sahəsində də əməkdaşlıq genişlənəcəkdir. Prezident Sercio Mattarellanın dediyi aşağıdakı sözlər Azərbaycanın dünyadakı mühüm rolundan xəbər verir: “İtaliya bu dostluqdan, əməkdaşlıqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir”. Bəli! Etibarlı tərəfdaş, dost, sözü və imzası eyni qüvvədə olan Azərbaycanla əməkdaşlıq edən dövlətlər yalnız fərəh hissi keçirə bilərlər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
16 Noyabr 2025 12:06
Ana Vətən Partiyası siyasi səhnədən gedə bilər
16 Noyabr 2025 12:00
"Bunlar özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir" - İlham Əliyev
16 Noyabr 2025 11:58
Prezident liderlərin iclasında çıxış etdi - YENİLƏNİB
16 Noyabr 2025 11:57
Azərbaycanın tamhüquqlu iştirakçı olduğu elan edildi
16 Noyabr 2025 11:50
"Azərbaycanla regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq" - Mirziyoyev
16 Noyabr 2025 11:41
Tokayevdən "Orta Asiya + Azərbaycan" formatı ilə bağlı açıqlama
16 Noyabr 2025 11:34
"Tariximiz və ənənələrimiz “6” formatında siyasi birliyə çevrilir" - Hikmət Hacıyev
16 Noyabr 2025 11:15


Bakı -°C

