“Səudiyyə Ərəbistanının Qətərə mümkün təzyiqlərini neytrallaşdırır”
“ABŞ prezidenti Donald Tramp Qətərə təhlükəsizlik orderi verib. Qətər dünya əhəmiyyətli təbii qaz yataqları ilə zəngindir. Bununla bərabər Yaxın Şərqdə müəyyən söz sahibinə malikdir. Məhz Qəzza münaqişəsinin həllində vasitəçi və HƏMAS-ın liderlərinə sahibliyi edir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, ABŞ-nin Qətər dövlətinə təhlükəsizlik orderi verməsi ilə bu ölkəyə qarşı hücumlar məhz ABŞ-yə qarşı hücum kimi qəbul ediləcək:
“Bunu ABŞ-nin Yaxın Şərqdə hərbi və siyasi mövqeyini gücləndirməklə yanaşı, yeni hərbi əməliyyatlar aparmasına hazırlıq kimi qiymətləndirmək olar. Qətər Qəzza planında Trampa dəstək verdi. Həmçinin növbəti mərhələdə İbrahim sazişinə qoşulması mümkündür. Qətərdən İsrailə və oradan Aralıq dənizinə qaz kəməri çəkiləcək. İkinci Qaz kəməri Suriya ərazisindən keçməklə Türkiyə üzərindən Avropaya uzanacaq. Qətərin təhlükəsizliyi və müdafiəsi üçün ABŞ prezidenti qollarını çırmaladı. Həmçinin Səudiyyə Ərəbistanının Qətərə mümkün təzyiqlərini neytrallaşdırır. Çünki, Pakistanla Səudiyyə Ərəbistanı arasında nüvə anlaşması Vaşinqtonu narahat edir. Həmçinin İranın Qətər dövləti ilə körfəzdə bir neçə qaz yataqlarına nəzarət etmək barədə problemi qalmaqdadır. Ona görə də Qətərin təhlükəsizliyi ABŞ tərəfindən qarantiya alınır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Oktyabr 2026 10:26
MICHELIN Guide Türkiyənin ilk ümummilli seçimi dekabrda açıqlanacaq
23 Oktyabr 2026 10:14
KTMT-nin baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
23 Oktyabr 2026 10:07
“Bəlkə, bir az da irəli gedə bilərik” - Trampdan müəmmalı mesaj
23 Oktyabr 2026 10:05
“Ukrayna ilə sülh razılaşmasına hazırıq” - Putin
23 Oktyabr 2026 09:54
Hərbi ehtiyaclar üçün itləri klonlaşdıracaqlar
23 Oktyabr 2026 09:36
Küçə etirazları Avropanı cənginə alacaq - "Politiko"
22 Oktyabr 2026 17:11
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
22 Oktyabr 2026 17:09


Bakı -°C

