""Sülh sammiti"

Misirin prezidenti Əbdül Fəttah əs-Sisinin dəftərxanasından verilən məlumata görə, bu gün oktyabrın 13-də, Qəzza bölgəsində atəşin dayandırılmasına həsr olunmuş, Şarm Əl-Şeyxdə keçiriləcək "Sülh sammitində" onlarla ölkə iştirak edəcək.
Liderlər və yüksək vəzifəli dpvlət nümayəndələru ilə yanaşı, BMT-nin baş katibi Antoniu Qutteriş, Avropa İttifaqınpn sədri Antoniu Koşta və Ərəb liqasının baş katibi Əhməd Əbul-Qeyt iştirak edəcəklər.
Bunlardan başqa, Azərbaycan, Ermənistan, Bəhreyn, Böyük Britaniya, Türkiyə, Macarıstan, İspaniya, Oman, İtaliya və s. ölkələrinin liderləri , yüksək səviyyəli nümayəndələri də iştrak edəcəklər.
Sammitə Əs-Sisi və Donald Tramp həmsədrlik edəcəklər.
İsrail dövləti sammitdə iştirak etməkdən imtina edib.
Rüstəm Hacıyev