“Bununla kişi müəllimlər məktəbdən daha da uzaqlaşacaq”
“Müəllimlər dərsdən sonra da məktəbdə qalarsa, bu halların baş vermə ehtimalını yüksək qiymətləndirirəm”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, bununla kişi müəllimlər məktəbdən daha da uzaqlaşacaq:
1. Kişi müəllimlər məktəbdən daha da uzaqlaşacaq.
2. Özəl təhsil müəssisələri artacaq.
3. Tanınmış repetitor məktəbi tərk edəcək və ya evində, ya da fərdi kurslar yaradaraq fəaliyyətini davam etdirəcəklər.
4. DİM imtahanında müəllim ixtisaslarına keçid balları kəskin düşəcək.
5. Müəllimin artmayan reputasiyası daha da geri gedecək.
6. Pedoqoji heyət bu qərardan narazı qalacaq, hətta kifayət qədəri bu peşəni seçdiklərinə görə məyusluq hissi yaşayacaqlar.
7. Məktəblərdə müəllim otaqlarında oturmağa belə yer olmayacaq. Basabas avtobus mənzərəsinə oxşayan mənzərəni indidən təsəvvür etmək olur.
8. Şagirdləri onsuzda hədsiz azalan kənd məktəblərində müəllimlərin həyat şəraiti və ev təsərrüfatlarının idarə edilməsi ilə bağlı isə ciddi problemlər yaşanacaq.
9. Təxminən 10-15 il sonra heç bir müəllim işsiz qalmayacaq. Əksinə məktəblər müəllim axtaracaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Yanvar 2026 13:35
Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq
09 Yanvar 2026 12:37
Azərbaycanda kağız formada diplomlar verilməyəcək - YENİLİK
08 Yanvar 2026 20:51
Bu təhsil idarəsinə yeni sektor müdiri təyin edildi
08 Yanvar 2026 15:24


Bakı -°C

