“Kiyev və Brüssel Ağ Evin irəli sürdüyü palana dəyişikliklər etməsəydilər...”
“Rusiya xarici işlər naziri Sergey Lavrov ilin son müsahibəsində də hədələyici tonundan imtina etməyib. O, Avropanın Rusiyaya hücum edəcəyi halda köhnə qitənin dəhşətli zərbələrlə üzləşəcəyini bildirib. Lavrov lideri Vladimir Putin kimi Avropanı qorxutmağa çalışır. Rusiya rəsmiləri bir ara Avropanı nüvə müharibəsiylə hədələyirdilər, bu hədələrin işə yaramadığını anladıqdan sonra başqa hədələrə keçiblər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin Ukrayna ilə birgə Rusiyaya qarşı müharibəyə qoşulması kimi planı yoxdur:
“Avropa İttifaqı və NATO sadəcə Ukraynanı ayaqda saxlamağa çalışır. Bu məqsədlə Ukraynaya maliyyə və hərbi texnika göndərilir. Buna rəğmən, heç bir dövlət Ukraynaya ordu birlikləri göndərməyi planlaşdırmır. Bunu Kreml də bilir, sadəcə Rusiya rəsmiləri qabaqdangəlmişlik edərək Avropa ölkələrini Ukraynaya dəstəyi artırmaqdan çəkindirməyə çalışırlar. Ancaq bu alınmır. Rusiyanın Ukraynaya qarşı beşinci ilinə keçəcək müharibə Avropa təhlükəsizliyinə əsas təhdiddir və Rusiyanın işğalçı planlarından qorunmağın yolu Ukraynaya dəstəyin artırılmasından keçir”.
E.Şahinoğlu deyib ki, Kreml ABŞ Prezidenti Donald Trampın siyasətindən məmnundur:
“Rusiya Prezidenti Vladimir Putin Ağ Evin müharibənin dayandırılmasıyla bağlı irəli sürdüyü 28 bəndlik planı müzakirə etməyə hazır idi. Ancaq Kiyev və Brüssel həmin plana zəruri düzəliş və dəyişikliklər etdilər. Kreml yeni planı rədd etdi. Lavrov müsahibəsində guya Avropanın müharibənin dayandırılmasına əngəl olduğunu bildirib. Yəni bu məntiqə görə, Kiyev və Brüssel Ağ Evin irəli sürdüyü palana dəyişikliklər etməsəydilər, Moskva müharibəni dayandırmağa hazır idi”.
Onun sözlərinə görə, Sergey Lavrovun müsahibəsində Tayvanla bağlı sözləri də diqqəti çəkib:
“O, deyib ki, əgər Çin Tayvanı ələ keçirmək məqsədilə hərbi müdaxiləyə başlayarsa, Rusiya müttəfiqinin yanında olacaq. Kreml bununla Çini Tayvanı ələ keçirmək siyasətinə dəstəyini nümayiş etdirib. Görünür, Çinin Tayvanı ələ keçirmək məqsədilə müharibəyə başlaması Rusiyanın maraqlarına cavab verir. Kremldə hesab edirlər ki, Asiya qitəsində yeni müharibə böyük dövlətlərin diqqətini həmin bölgəyə yönəldəcək və bu Qərb ölkələrinin Rusiya-Ukrayna müharibəsinə diqqətinin azalmasıyla müşahidə olunacaq. Buna baxmayaraq, Pekin Tayvanı ələ keçirmək məqsədilə müharibəyə başlamağa risk etmir. Çünki, bu müharibənin Çin iqtisadiyyatı üçün ciddi problemlər yarada biləcəyinin fərqindədir. Putin Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda iqtisadi riskləri hesablamadı və Rusiya üçün ağır nəticə göz qabağındadır. Bu arada, Rusiya Prezidenti Vladimir Putinin ilin sonuna yaxın Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevlə görüşü diqqəti çəkib. Bunu Putinin Qazaxıstanın hazırki Prezidenti Kasım-Jomart Tokayevə xəbərdarlıq mesajı kimi qiymətləndirmək olar. Kasım-Jomart Tokayev Rusiya ilə tərəfdaşlığı davam etdiməklə yanaşı Türk dövlətləri arasında inteqrasiyaya, ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın genişlənməsinə maraq göstərir. Bu isə imperiya təfəkkürünə sahib olan Rusiya Prezidentinin xoşuna gəlmir. Ancaq Putinin “mesajları” mövcud durumu dəyişmək iqtidarında deyil. Putin Ermənistanın baş naziri Nikol Paşinyanın acığına köhnə dostu Robert Köçəryanla da görüşürdü, ancaq Kreml sahibi bununla istədiyi nəticəni əldə edə bilmədi”.
Vasif
Digər Xəbərlər
30 Dekabr 2025 12:47
Milli Məclis dünya azərbaycanlılarına müraciət edib
30 Dekabr 2025 12:16
XİN: Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməzdir
30 Dekabr 2025 11:41
Bu şəxslər Somali və Uqandaya vizasız gedəcək
30 Dekabr 2025 11:13
Tramp yenə Ermənistan-Azərbaycan razılaşmasından danışdı
30 Dekabr 2025 11:04
Parlament 2025-ci ilə yekun vurur: Gündəlikdə 15 məsələ var
29 Dekabr 2025 15:12
Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri ilə telefon danışığı aparıb
29 Dekabr 2025 14:38
Azərbaycan XİN-dən Somalidəki son hadisələrə dair BƏYANAT
29 Dekabr 2025 13:54


Bakı -°C

