“Bu kimi şəxslərin cəfəngiyyatına inanmaq heç kəsə əsla fayda verməz”
“Xaricdə özlərinə sığınacaq tapmış satqın və bir sıra Vətən xaini dayanmadan ölkəmiz haqqında dezinformasiya, şayiələr yayırlar. Sosial şəbəkə imkanları da belələrinə bir növ fürsət olub. Görünür ki, bir - biri ilə əlaqə saxlayıb xəyali hadisələr quraşdırır, rəvayətlər qondarır, bəzən də hiss olunur ki, xarici xüsusi xidmət orqanlarının təqdim etdiyi legendalardan istifadə edirlər”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, hər bir ölkədə olduğu kimi müəyyən vaxtlarda məişət zəminində baş vermiş qəza, cinayət hadisələrini şişirdib səbəbini başqa istiqamətə yönəldir, dövlətlə əlaqələndirməyə cəhd edirlər:
“Yalan, böhtan, iftira, şantaj xarakterli bu məlumatları blogger adı ilə zəvzəyənlər tiktok, feysbuk, yutub platformalarında tirajlayır, təəssüf ki, bəzi sadəlövh adamlar da bunu ciddi qəbul edir, bəzən də inanırlar. Hətta bu uydurma xəbərlərin həqiqətə uyğun olmadığını sübut etmək üçün aidiyyəti qurumlar zəhmət sərf etməli olur. Necə deyərlər, dəli quyuya bir daş atır, yüz ağıllı da yığılıb əmək sərf edir ki, o daşı çıxarsın. Odur ki, xaricdən dövlət əleyhinə danışanların heç birinə inanmaq, ciddiyə almaq lazım deyil. Çünki onların yarı ixtiyarı, yüyəni, noxtası olduqları ölkələrin xüsusi şəxslərinin əlindədir. Hara qısqırdılsalar ora cumurlar. Marıtda dayanırlar, hardasa bir hadisə baş verir, dərhal şişirdib, bəzəyib, başlayırlar yozmağa. Bu kimi şəxslərin cəfəngiyyatına inanmaq heç kəsə əsla fayda verməz”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 May 2026 09:48
Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər?
29 May 2026 15:01
“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”
29 May 2026 13:25
Maldiv Prezidenti İlham Əliyevi təbrik etdi
29 May 2026 12:45
Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edildi
29 May 2026 10:14
“Ermənistanın və İranın havadan müdafiə məsələsində ciddi problemləri mövcuddur...”
29 May 2026 10:04
“Bu iqtisadi və diplomatik uğurlar xalqımızın birliyinin nəticəsidir”
28 May 2026 21:00
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
28 May 2026 17:47


Bakı -°C

