Tanınmış rusiyalı bloqerə qarşı cinayət işi başladılıb
Rusiyalı tanınmış bloqer Aleksandra Mitroşinaya qarşı 120 milyon rubl vergidən yayınma maddəsi ilə cinayət işi başladılıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin nümayəndəsi Yuliya İvanova məlumat verib.
Müstəntiqlərin fikrincə, 2020-ci ilin oktyabrından 2022-ci ilin mayına qədər Mitroşina fərdi sahibkar kimi sadələşdirilmiş vergitutma sisteminin tətbiqi üçün icazə verilən limiti keçən təhsil kurslarından gəlir əldə edib.
Mitroşinanın və cinayətdə əli ola biləcək digər şəxslərin qeydiyyatda olduqları yerdə axtarışlar aparıblar. Mitroşinin iqtisadi fəaliyyət sahəsində olan digər cinayətlərdə iştirakı yoxlanılır.
Qeyd edək ki, Mitroşinanın “Instagram”da 4,2 milyondan çox izləyicisi var.
Digər Xəbərlər
28 Sentyabr 2026 19:11
“Çirkin” də final edir
28 Sentyabr 2026 18:50
Tanınmış musiqiçi vəfat etdi
28 Sentyabr 2026 17:42
Deniz Göktaş sərbəst buraxıldı
25 Sentyabr 2026 23:31
10 dəqiqəyə boşandılar? - Soyadını sildi
25 Sentyabr 2026 17:03
Biran Damla Yılmaza həbs cəzası verildi - Borca görə
24 Sentyabr 2026 14:07
Almaz Ələsgərli: “ Bunlar müğənnini gözdən salır”
24 Sentyabr 2026 13:45
Əməkdar artist: “Əgər kimsə bu sözlərimi qəbul etmirsə...”
23 Sentyabr 2026 10:18


Bakı -°C

