Tanınmış yazarın yurd nisgili: “Qubadlılılar beş il qəhrəmanlıqla döyüşüb, torpaqlarını qoruyublar, amma...”
Qubadlıdan olan politoloq,tanınmışyazar Kamil Hacı Bədəlli ilə doğma yurdunun işğalının 27-ci il dönümündə həmsöhbətolduq. Sadə bir vətəndaşın, Qarabağ həsrətli, yurd nisgilli bir soydaşımızınsöhbəti sizin üçün də maraqlı olacağını düşünüb müsahibəni diqqətinizəçatdırırıq:
-Kamilmüəllim, sizcə insan yaşlandıqca yurduna bağlanır. yoxsa elə gözünü dünyayaaçandan bu bağlılıq var olur?
- Çox təəssüf edirəm ki, bu gün sizinlə oturub Qubadlı rayonununişğalını müakirə edirik. Bu mənim üçün çox ağırdı. Bəli, 1993-cü il avqustun30-31-də Ermənistan ordusunun hücumu nəticəsindəişğal edildi. Qubadlı şəhəri və rayonun 94 kəndi Ermənistan silalı qüvvələrininnəzarətinə keçdi, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşdü.Azərbaycanlı kimi Azərbaycanın bütün bölgələri mənim üçün əzizdir.Hər bucağı, hər köşəsi... Alimlər sübut ediblər ki, anadan yenicə doğulmuş uşaqilk anda anaya tərəf meyillənir, ananın qucağında sakitləşir, rahatlanır. Vətəndə elədir, yurdda elədir. Nə qədər uzaqlarda olursan ol, hər zaman bir hissənyurduna meyilli olacaq, il üstünə il gəldikcə, yaşlandıqca o meyillilik artır,çoxalır, qarşısı alınmaz bir selə dönür. O vaxt anlayırsan ki, artıq o doğmayerlərsiz yaşamaq yaşamaq deyil, nəsə mənasız bir şeydi. Doğulub, boya-başaçatdığım Qubadlı rayonu məndən ötrü daha doğmadı, əzizdir. Amma düşünürəm ki,Qubadlıdan olmasaydım belə, bu yurdu sevəcəkdim. Çünki, Qubadlının gözəl təbiəti,saf sulu çayları, yamyaşıl meşələri var. Səmimi, mehriban, istiqanlı insanlarıvar. Bir faktı deyim: Məlumdur ki,1941-1945-ci illərdəki müharibə keçmiş SSRİ-nin hər yerində olduğu kimi, Azərbaycanıda böyük sınağa çəkmişdir. Qubadlı busınaqdan alnı açıq, üzü ağ çıxdı. Beləki, kişilər müharibəyə getdiyi üçünqadınlar və uşaqlar kənd təsərrüfatı işlərinə cəlb olunub. Bunun nəticəsindəlazımı qədər məhsul istehsal olunduğundan əhali heç bir çətinlik çəkməyib. Həttaqonşu rayonlarının əhalisinə də lazımi qədər köməklik göstəriblər. Bundan əlavə,cəbhə üçün lazım olan əşyaların bağlama ilə göndərilməsində qubadlılar öndəolublar. Qubadlılar öz xarakterlərinə görə seçilirlər. Onların xarakterlərinibelə səciyyələndirmək olar: Vətənə bağlılıq, torpağını sevmək, yüksək vətəndaşlıqmövqeyi, ictimai mənafeyi həmişə üstün tutmaq, ədalətsizliyə dözməmək, vəziyyətinnə dərəcədə mürəkkəb olmasından asılı olmayaraq cəsarətli olub, öz sözünü deməyibacarmaq, işə ciddi məsuliyyətli olmaq...
-Mənheç vaxt Qubadlıda olmamışam, təsəvvürüm belə yoxdu. İndi mənə və o yerlərdə olmayanlara Qubadlıdan danışın,tanıdın, sevdirin...
-Qubadlırayonunun ərazisi o qədər də böyük deyildi,cəmi 802kvadrat-metr idi.Münbittorpağı, xırda dağ çaylarını nəzərə almasaq, il boyu axarlı, bol suyuolan iki çayı vardı. Həkəri və Bərgüşad...İnanırsınız,bütün Azərbaycanda Həkəridən tutulan balığın tamını verən başqa bir balıqtapmaq mümkün deyildi.
-Yaydagəzməyə-dincəlməyə rayonun hansı tərəfinə üz tuturdunuz?
-Heçyerə üz tutmağa ehtiyac yox idi, hərtərəfi sərin idi, gəzməli-görməli idi.Xüsusən ən hündür yeri Torağac zirvəsidir ki,dəniz səvviyəsindən 2003 metr yüksəklikdə yerləşir. Ora bir başqa aləm idi. İqlimi də mülayim... Kəndlərin əksər hissəsiHəkəri və Bərgüşad çayları ətrafında yerləşirdi. Dağlıq və dağətəyi,meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardır.
-Qubadlılar beş il qəhrəmanlıqladöyüşüb, torpaqlarını qoruyublar. Amma 27 ildir bütün qubadlılar kimi mən də özdoğma torpaqlarımızın həsrətini çəkirəm. Nədənsə bu torpaqların azad olmasıdüyünə düşüb. Lakin mən tam əminəm ki, bu yerlər azad olacaq, öz doğmatorpaqlarından didərgin düşmüş qubadlılar öz ata-baba yurdlarına qayıdacaq, bizdə onlarla bərabər həmin yerlərdə bayram tədbirlərində ürək sözlərimizi deyəcəyik.Allah özü bu xoş arzularımızın çin olmasında bizə yardımçı olsun!
-Söhbətimizin qalanı qalsın,inşallah, qələbədən sonraya! Maraqlı müsahibəyə görə təşəkkür edirik!
Söhbətləşdi: Əntiqə Rəşid