adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Fevral 2024 09:00
5561
LAYİHƏ

TARİX  YAZAN  İGİDLƏRİMİZ

Azərbaycan elə bir dövlət və xalqdır ki, onun zəngin tarixi, mədəniyyəti, keçmişi var. Hələ üstəlik də yeraltı və yerüstü sərvətləri də buna əlavə edilsə, onda görün bizim ölkəmiz nə qədər iqtisadi cəhətdən güclü və qüdrətli bir dövlətdir. Ona görə də tarixən bütün yadellilərin gözü bu məmləkətdə olub, imkan düşdükcə sərvətimizi, varımızı, dövlətimizi əlimizdən alamaq üçün hər cür oyunlardan çıxıblar. Müharibələr ediblər, müxtəlif təzyiq və təsir vasitələrinə əl atıblar. 

Heç şübhəsiz ki, bizim ən böyük düşmənlərimizdən biri, bəlkə də birincisi ermənilərdir. Çünki onlar bizim dövlətə və xalqa qarşı həmişə soyqırımı törədib və ərazilərimizi işğal etmək istəyiblər. Heç də təsadüfi deyil ki, Azərbaycanın 20 faiz torpağ düz otuz il erməni işğalı altında oldu. Bayaq dediymiz kimi, bu işğal zamanı yerüstü və yeraltı sərvətlərimiz Qarabağda talan edildi. Meşələrimiz qırıldı, flora və faunamız yaman günə salındı. O boyda Qarabağda vəhşi ermənilər bir salamat kənd, bir salamat qəsəbə və bir salamat şəhər qoymadılar. Ağdam kimi, Füzuli kimi, Zəngilan kimi, Qubadlı kimi, Cəbrayıl kimi şəhərləri yer üzündən sildilər. Yaşayış binalarının, sosial obyektlərin və digər binaların daşını, döşəməsini, tavanını, qapısını, pənrcərəsini söküb apardılar. Hələ üstəlik, qəbiristanlıqlarımızı da dağıdaraq, qiymətli baş daşlarını və sinə daşalrını ya iranlılara satdılar, ya da götürüb apardılar Ermənistana. Hələ dünya tarixində heç bir ölkə digər dövlətin ərazisini işğal edərkən bu qədər vəhşilik törətməmişdi, yəni qəbiri qazıb cəsədin dişini söküb aparmamışdılar. Amma bunu heç bir millət eləməsə də, ermənilər elədilər və axırda ad öz cəzalarını həm Allah həm də ordumuz tərəfindən aldılar. 

Onlar 2020-ci ilin sentyabrın əvvəllərindən 26-a qədər Qarabağ  istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi fasiləsiz olaraq atəşə tuturdular. Azərbaycan dövləti həm beynəlxalq təşkilatlara, həm də digər qurumlara məlumat verirdi. Amma nə beynəlxalq təşkilatlar, nə də digər qurumlar erməniləri yerində oturtmurdu, əksinə onlara havadarlıq edirdi. Bununla yanaşı, Qarabağla bağlı BMT-nin çıxartdığı 4 qətnamə havadan asılı vəziyyətdə qalmışdı. Onu isə beynəlxalq təşkilatlar həll etmirdi, əksinə başımızın altına yastıq qoyub, problemi dondurmağa çalışırdı. Ancaq Azərbaycanın da səbr kasası doldu. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu əks hücuma keçdi, bir neçə günün ərzində erməni işğalı altında olan Füzulinin və Cəbrayılın neçə-neçə kəndlərini azad etdi. Əlbəttə, onların yaratdığı müdafiə xəttini yarıb keçmək və işğal altnda olan şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi azad etmək elə də asan məsələ deyildi. Şəhidlərimiz olsa da, 3-4 gün ərzində Azərbaycan Ordusu çox böyük qələbə əldə etdi. Bu qələbəni əldə etmək elə də asan məsələ deyildi. Çünki ermənilər dünyada uzun müddət belə bir fikir yaratmışdılar ki, onların ordusu çox güclüdür və heç kim onlara üstün gələ bilməz. Amma II böyük Qarabağ savaşının ilk günlərindən erməni ordusunun bu mifi Azərbaycan Ordusu tərəfindən darmadağın edildi və məlum oldu ki, erməni ordusu sabun köpüyü kimi bir şeyimiş, elə ilk həmlədən öz zəifliyini, acizliiyni göstərdi və düşmən silah-sursatı döyüş meydanında ataraq qaçdı. 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ savaşı 44 gün davam etdi və bu 44 gündə hər gün Azərbaycan Ordusu neçə-neçə kəndi, neçə-neçə yaşayış məntəqəsini erməni işğalından azad etdi. Çünki Azərbaycan xalqı müharibənin ilk günlərindən Ali Baş Komandanın və Azərbaycan Ordusunun ətrafında bir yumruq kimi birləşdi. Şəhidlər versək də, amma nə şəhid ailələri, nə də Azərbaycan xalqı ruhdan düşmədi. Çünki hər şəhidin qanı, hər şəhidin ürək döyüntüsü bizi qələbəyə və doğma torpağımıza yaxınlaşdırırdı. 3 min yaxıın şəhid verdik. O şəhidlərin hesabına biz Cəbrayılı, Hadrutu, Füzulini, Qubadlını, Zəngilanı, Şuşanı erməni işğalından azad elədik. Əlbəttə, bunlar bizə yuxu kimi görünürdü. Çünki II Qarabağ savaşı ildırım sürətilə getdi və dünya hərb tarixində yeni bir səhifə açdı. Azərbaycan Ordusu göstərdi ki, onlar mümkün olmayan hər hansı bir işi də, döyüşü də gerçəkləşdirə bilər. Təkcə “Şuşa əməliyyatı”nı xatırlamaq bəs edər. Ən azından ona görə ki, şəhər almaq üçün Azərbaycan Ordusu və Xüsusi Təyinatlılar dünya tarixində çox nadir bir hərbi əməliyyat gerçəkləşdirə bildilər. Onlar yüz metrlərlə hündürlüyə dırmaşaraq, Şuşa şəhərinə daxil oldular. Yüngül silahla silahlanmış əsgərlərimiz burda ermənilərə dəhşətli bir qorxu yaşatdılar. Onların tanklarını, ağır texnikalarını ələ keçirərək, düşmənin özünə qarşı yönəltdilər. Düşmən vahimə içindəydi, heç ağlına gələ bilməzdi ki, Azərbaycan əsgəri qayaları dırmaşaraq, oranı aşacaq və gəlib onları öz mövqelərində yaxalayacaq. Xüsusən də Yaşmağdakı Xüsusi Təyinatlılarımız burada qeyri-adi bir qəhrəmanlıq göstərdilər. Erməni əsgərləri sonradan xatirələrində yazırdı ki, biz onları avtomatla güllələyirdik, amma onlar yaralı-yaralı bizim üstümüzə gəlir və bizi qrırdılar. Sanki onlar adam deyil, robotlar idi. Bax, Azərbaycan Ordusu Şuşada və eləcə də digər erəmni işğalından azad olunmuş rayonlarda, kəndlərdə və qəsəbələrdə belə bir qəhrəmanlıq göstərib.

Artıq ermənilər noyabrın 10-da təslim aktı imzaladılar. Noyabr bəyənnaməsi Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalandı. Həmin bəyənanməyə əsasən qısa müddət ərzində ermənilər Ağdamdan, Kəlbəcərdən və Laçından çıxmalı idi. Və bir müddətdən sonra erməni işğalçıları Ağdamı, Kəlbəcəri, Laçını Azərbaycan Ordusuna və Rusiya sülhməramlılarına təhvil verdilər. Azərbaycan dünyada görünməyən möhtəşəm bir qələbə qazandı. Öz ərazi bütövlüyünü, əsaslı surətdə təmin etdi. Bu prosses 2023-cü ilin sentyabrın 19-u və 20-də yenidən davam etdi. Bu dəfə isə Xankəndi, Xovənd, Xocalı, Əsgəran və işğal altında olan digər yaşayış məntəqələri anti-terror əməliyyatı zamanı tamamilə erməni separatçılarından azad olundu və həmin şəhərlərdə Azərbacyan Bayrağı sancıldı və dalğalandı. Ən nəhayət isə Prezidentliyə seçkilər günündə Xankəndində və digər şəhərlərdə seçkilər keçirildi və cənab Prezient İlham Əliyev ailə üzvləri ilə birlikdə Xankəndində seçkidə iştirak etdi və səs verdi! Bir daha tarix göstərdi ki, qüdrətli Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun gücü ilə ölkəmizin ərazi bütövlüyü bərpa edildi!    

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.