Tarixdə bu gün...

Bünyamin Bünyadzadənin təqdimatında...
Saytımızın təqvim guşəsində “Tarixdə bu gün...’’ rublikamızla yenə də qarşınızdayıq. Yenə də tarixin bu günü dünyada və ölkəmizdə baş verən bir sıra önəmli və maraqlı hadisələri yada salacağıq.
25 aprel tarixində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür. Əslən dağ yəhudisi olan Albert Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olub. Birinci Qarabağ savaşı zamanı Albert könüllü olaraq cəbhəyə gedib və tank briqadasının tərkibində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində qəhrəmancasına döyüşüb. Daha sonra tank komandiri kimi Şuşa uğrundakı döyüşlərdə Şuşanın müdafiəsində qalan son əsgərlərdən biri də Albert olub. Şuşa döyüşləri zamanı erməni komandiri Qaqik Avşaryanı məğlub edib. Bundan sonra Şuşa – Laçın yoluna doğru irəliləyərək tankdan enib həlak olanların üzərindən tank keçməsin deyərək sürücüyə yol göstərərkən düşmən gülləsinə tuş gəlib. Albert Aqarunov şəhid olduqdan sonra, hərbi xidmətinə görsə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Albert bu ada layiq görülən ilk hərbiçi olaraq ölkəmizdə milli qürur simvoluna çevrilib. Onun şərəfinə ölkədə xatirə lövhələri, büst, küçə və həmin küçədə heykəl mövcuddur.
Bu gün biz Milli Qəhrəmanımızı dərin ehtiramla anırıq. Milli Qəhrəmanımız – Albert Aqarunovun xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Allahdan Albert Aqarunova və onun simasında bütün şəhidlərimizə rəhmət diləyirik.
25 aprel tarixi həm də Azərbaycanın Xalq artisti kino və teatr aktirsası Həmidə Ömərovanın doğum günüdür.
Həmidə Ömərova 25 aprel 1957 – ci ildə Bakıda doğulub. 1975 - 79 – cu illərdə aktyorluq üzrə ali təhsil alıb. Daha sonra “Azərbaycanfilim” kinostudiyasında çalışıb. Filmlərə çəkilməklə yanaşı, 500 – dən artıq bədi filmin dublayjı və səsləndirilməsində fəal iştirak edib.
Həmidə Ömərova Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı",İrank/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s. obrazlar yaradıb.
Bu gün həm də dünyşöhrətli İtalyan əsilli Amerika aktyoru Alfrdo Ceyms Al Paçinonun da doğum günüdür.
25 aprel 1940 – cı ildə Amerikanın Nyu – York şəhərində dünyaya gəlib. “Xaç atası” filmindəki oyandığı rolu ona ilk məhşurluğunu gətirib. Bundan sonra bir çox filmlərdə uğurlu obrazları ilə bütün dünyada tanınıb. Məhşur “Qadın ətri” filmində oynadığı rola görə “Oskar” mükafatına layiq görülüb.
Beləliklə 25 aprel tarixində dünya ölkələrində baş verən hadisələrin qısa xronologiya ilə xatırlayaq:
25 aprel tarixi 1719 – cu ildə Daniel Defonun Robinzon Kruzo romanının ilk dəfə nəşr olunub.
1901 – ci ilin bu günü Nyu –Yorkda ilk dəfə avtomobillərə nömrə tətbiq olunmağa başlanıb.
1915 – ci ilin bu tarixində birinci dünya müharibəsi zamanı məhşur Arıburnu desant əməliyyatı başlanılıb. İngilis - fransız qüvvələri və türklər arasında gedən savaş türklərin qələbəsi ilə yekunlaşıb.
1974 – cü ildə Portuqaliyada Qərənfil inqilabı 45 illik faşist diktaturasına son qoyub.
Digər Xəbərlər

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət - FOTOLAR

41 il əvvəl 106 saylı marşrutda terror: Cani erməni niyə cəza almadı? - TƏFƏRRÜAT
