TƏBİB-dən COVİD-in Eris ştammı ilə bağlı XƏBƏRDARLIQ
Artıq bir neçə aydır ki, COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. Xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub.
Adalet.az xəbər verir ki, TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında deyib ki, bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb:
"Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştamm özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur.
Hal-hazırda ölkəmizdə COVID-19 xəstəliyinin yeni ştammına yoluxma hallarına rast gəlinməyib. İnsanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb. Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir.
COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir.
Digər Xəbərlər
11 Yanvar 2026 14:20
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
08 Yanvar 2026 16:40
"Bu hallarda mütləq həkimə müraciət olunmalıdır" - TƏBİB-dən XƏBƏRDARLIQ
07 Yanvar 2026 15:18
AQTA-dan “Nestle” ilə bağlı VACİB AÇIQLAMA
07 Yanvar 2026 10:28
Məşhur uşaq qidaları geri çağırıldı - Tərkibində zəhər var
07 Yanvar 2026 10:23
Mövsümi kəskin respirator viruslar artıb - Nazirlikdən əhaliyə ÇAĞIRIŞ
06 Yanvar 2026 13:03
Azərbaycanda 74 stomatoloqun qanunsuz fəaliyyəti aşkarlanıb
05 Yanvar 2026 19:00
Leyla Əliyeva Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzində - FOTOLAR
05 Yanvar 2026 10:07


Bakı -°C

