Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır.
Adalet.az xəbər verir ki, tədqiqatın nəticələri “Circulation Research” (CR) jurnalında dərc olunub.
Tədqiqatçılar beynin tənəffüsü idarə edən lateral parafasial sahəsini (pFL) araşdırıblar. Normalda bu zona fiziki gərginlik, öskürək və ya gülüş zamanı tənəffüs prosesini tənzimləyir. Lakin sıçovullar üzərində aparılan təcrübələr göstərib ki, hipertoniya zamanı bu sahənin neyronları qan damarlarına da birbaşa təsir göstərir.
Alimlər həmin hüceyrələri aktivləşdirdikdə simpatik sinir sisteminin işi güclənib, damarlar daralıb və təzyiq yüksəlib. Əksinə, hipertoniyadan əziyyət çəkən sıçovullarda bu sahənin fəaliyyəti bloklandıqda, təzyiq normaya düşüb.
Mütəxəssislərin fikrincə, bu kəşf yuxu apnoesi (yuxuda tənəffüsün dayanması) sindromunun nə üçün yüksək təzyiq riski yaratdığını da izah edir. Yuxuda nəfəs kəsildikdə qanda oksigen azalır, karbon qazı isə artır ki, bu da beynin həmin sahəsini fəallaşdırır.
Hazırda alimlər beynə birbaşa müdaxilə etmədən bu mexanizmə təsir göstərməyin təhlükəsiz yollarını axtarırlar.
Digər Xəbərlər
05 Oktyabr 2026 16:17
Nazirlik taunla bağlı məlumat yaydı
05 Oktyabr 2026 13:02
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
05 Oktyabr 2026 12:29
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
05 Oktyabr 2026 12:22
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
05 Oktyabr 2026 10:18
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
04 Oktyabr 2026 18:08
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? - Ən sağlam yuxu pozisiyası bəlli oldu
03 Oktyabr 2026 17:44
Qəhvə sevənlər bunu mütləq oxusun
03 Oktyabr 2026 11:35


Bakı -°C

