TƏBİB-in tabeliyindəki xəstəxanalarda monitorinqlər aparıldı
Səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazlarının qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən metroloji nəzarət tədbirləri davam etdirilir.
Qurumdan Adalet.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən TƏBİB-in tabeliyində olan Bakı və ətraf regionlarda yerləşən 54 tibb müəssisəsində (xəstəxana, stasionar müəssisələr, tibb mərkəzləri, institutlar və s.) TƏBİB-in iştirakı ilə monitorinqlər həyata keçirilib. Bu çərçivədə həmin tibb müəssisələrində istifadə olunan 4584 tibbi cihaz və avadanlığın (rentgen və diaqnostik cihazlar, kardiomonitor, ultrasəs müayinə cihazı və s.) dəqiqliyi yoxlanılaraq metroloji norma və qaydalara uyğunlaşdırılması təmin olunub.
Qanunvericiliyin tələblərinə görə, mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində tipi təsdiq edilməmiş, metroloji norma və qaydalara uyğunluğu baxımından dövri yoxlanılmaya təqdim edilməmiş tibbi ölçü cihazlarının istifadəsi qadağandır.
Qeyd edək ki, Dövlət Xidməti tərəfindən özəl tibb müəssisələrində istifadə olunan tibbi cihaz və avadanlıqların metroloji norma və qaydalara uyğunluğunun təmin edilməsi istiqamətində də zəruri tədbirlərin görülməsinə başlanılıb. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Digər Xəbərlər
08 Aprel 2026 16:34
Bunların satışı qadağandır! - AQTA-dan sahibkarlara xəbərdarlıq
08 Aprel 2026 10:26
"Qobu Park II"də yerləşən poliklinikada antisanitar vəziyyət - VİDEO
07 Aprel 2026 10:11
Dərman təhlükəsizliyi üçün yeni rəqəmsal mexanizm - Səhiyyə Nazirliyindən AÇIQLAMA
06 Aprel 2026 18:32


Bakı -°C

