adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Mart 2019 18:18
125516
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

"Yol hərəkətihaqqında” Qanun

(əvvəli ötənsaylarımızda)

VI. Nəqliyyatvasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək,ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa vəya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişəbilərlər.

Maddə 50. Hərəkətsürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi

I. Sürücü hərəkətinintensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini,yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərəalmaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çoxolmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyatvasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlərigörməlidir.

II. Nəqliyyatvasitələri:

1) yaşayış məntəqələridaxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlaryolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu həddsaatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərindəisə saatda 20 kilometrdən çox olmayan sürətlə;

2) minikavtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yükavtomobilləri yaşayış məntəqələrindən kənarda:

avtomagistrallarda- saatda 110 kilometrdən çox olmayan sürətlə;

başqayollarda - saatda 90 kilometrdən çox olmayan sürətlə;

3)şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindənkənarda bütün yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə;

4)digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilənmaksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindənkənarda:

avtomagistrallarda- saatda 90 kilometrdən çox olmayan sürətlə;

başqa yollarda -saatda 70 kilometrdən çox olmayan sürətlə;

5) banındaadamlar daşıyan yük avtomobilləri - saatda 50 kilometrdən çox olmayan sürətlə;

6) yedəyindəmexaniki nəqliyyat vasitələri aparan nəqliyyat vasitələri - saatda 50 kilometrdənçox olmayan sürətlə;

7) təhlükəli,ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri - daşıma şərtlərirazılaşdırılarkən müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidirlər.

III. Sürücü sürətdənvə hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eynizolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və yagözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

(ardı var)