adalet.az header logo
  • Bakı -°C
23 Aprel 2026 10:52
90
DÜNYA
A- A+

"Tələsməyə dəyməz" - Tramp

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin bitməsi üçün "heç bir zaman çərçivəsi" olmadığını bildirib və qərarının siyasi mülahizələrdən təsirləndiyinə dair iddiaları rədd edib.

Adalet.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

ABŞ prezidenti noyabr ayında keçiriləcək ABŞ-nin ara seçkilərindən əvvəl müharibəyə son qoymaq istədiyinin "yalan" olduğunu söyləyib və İranla atəşkəsə nail olmaq üçün "vaxt təzyiqi" olmadığını vurğulayıb. 

"İnsanlar ara seçkilərə görə buna son qoymaq istədiyimi deyirlər, amma bu doğru deyil", - deyə Tramp bildirib və əlavə edib ki, administrasiya "Amerika xalqı üçün yaxşı bir razılaşma əldə etmək" istəyir.

Müharibənin nə vaxt bitə biləcəyi soruşulduqda, Tramp "Tələsməyə dəyməz" ifadəsini işlədib.