adalet.az header logo
  • Bakı -°C
23 Aprel 2026 11:55
78
SİYASƏT
A- A+

“Avropa İttifaqı Ukraynaya yardımları artırır” – Politoloq  

Bir neçə aydır ki, Avropa İttifaqının Ukraynaya ayırdığı 90 milyard avro kreditin verilməsi reallaşdı. Macarıstan Baş naziri V.Orban Ukraynaya verilməsi olan kreditə veto qoyurdu. V.Orbanın seçkilərdə məğlub olması və yeni hökumətin bu krediti verilməsinə lehinə səs verdi. Həmçinin Rusiyaya 20-ci sanksiyalar paketi qəbul olundu. 90 milyard avro Ukraynanın Rusiyanin hərbi işğalına qarşı müqavimətini daha artıracaq. Rusiyanın Avropa İttifaqında dayaqları tam iflasa uğradı”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Avropa kifayət qədər Ukraynaya dəstək olmaqla Rusiyanın qalib gəlməsinin qarşısını alacaq:

“Ukraynanın hərbi sənayesi güclənir. Rusiyanın neft emalı zavodları və digər hərbi maşınına aid olan obyektlər sıradan çıxarılır. Qeyd edim ki, son iki il ərzində Almaniya öz hərbi potensialını bərpa edir. Məhz rəsmi Berlin Ukraynada Rusiyaya ciddi zərbələr vurmağı istisna deyil. Rəsmi Berlinin TAURUS raketlərini Ukraynaya tədarük etməsi gözlənilir. Demək olar ki, Avropanın hərb maşını Ukrayna üçün işə salınıb. Ötən gün V.Putin xalqa müraciətində hamının cəbhə xəttinə kömək etməyə çağırdı. Bu da Rusiyanın çətin və ağır vəziyyətdə olduğunu göstərir.Avropa NATO alternativ ordu yaratmaq istiqamətində işlər aparır. Avropanın vahid ordusu olmasa, Almaniya öz ordusunu gücləndirib, yeni iddialar ortaya qoya bilər. Ona görə də Avropa ölkələri vahid ordu konsepsiyasına dəstəkləyir”.

Vasif ƏLİHÜSEYN