31 Avqust 2024 10:08
1307
MƏMLƏKƏT

Terrorçu, daşnak, qatil, nəhayət, "Tayqulaq"  Andranikin  "anım günü"nə... 

Hər millətin tarixi qəhrəmanları var. Və hər xalq da onlarla fəxr edir, həmin qəhrəmanlara müxtəlif şeirlər, poemalar yazırlar. Həmin qəhrəmanlar sayəsində bütöv bir xalqın tarixi dəyərlərini xarakterizə etmək olar. Hər xalqın qəhrəmanı da öz xalqına bənzəyir.
Bu gün ermənilərin qəhrəmanı, sağ qulağının kəsilməsilə tarixə düşən məşhur Andronik Ozonyanın cəhənnəmə vasil olduğu günüdür. Biz də bu münasibətlə general geyimli terrorçu erməniyə ürəyimizin ən dərin guşəsindən gələn sözlərimizi və “lənətlərimizi” çatdırmağı özümüzə borc bilirik.


Adalet.az xəbər verir ki, 25 fevral 1865-ci ildə Osmanlı imperiyasında Karahisar şəhərində anadan olub. Bir müddət "Hnçak" partiyasının, sonra isə "Daşnaksütunun" üzvü olub. Xallq arasında "tayqulaqlı Andranik" deyirlər. Andranik Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur. 1890-cı illərdə Türk ordusuna qarşı döyüşlərdə iştirak edir. 1904-cü ildə türk ordusu erməni üsyanını yatırdıqdan sonra Andranik Türkiyədən qaçır. Bir müddət Qafqazda olur, sonra isə Avropaya yollanır. 1907-ci ildə Bolqarıstanda, Daşnaksütunun IV qurultayında iştirak edir.


Andranikin quldurlarının vəhşiliyi barədə erməni tarixçisi A.Lalayan bunları yazır:



"Andranikin başçılıq etdiyi daşnak dəstələri, türk kəndlilərinin uşaqların, qadınların və qocaların qətli zamanı "böyük sücaət" göstərirdilər. Daşnak dəstələri tərəfindən tutulmuş müsəlman kəndlərində, sağ adamlar qalmırdı, onlar insan qalıqları ilə dolu, xarabalığa çevrilirdi". Andranikin silahlı dəstələri 1918-ci ildə Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirir, meyitlərini isə Araz çayına atır.

1918-ci ilin sonlarında Andranikin dəstələri Qarabağda bir çox azərbaycan kəndlərinə hücum edərək kütləvi qətllər törədir, kəndləri talan edir. Rəsmi məlumatlara görə bu dövrdə 115 azərbaycan kəndi dağıdılmış, 10 mindən artıq əhalisi qətlə yetirilmiş, əmlakları talan edilmişdir. 1919-cu ilin aprelində Andranik Eçmiadzinə gəlir, burada o dəstəsinin böyük hissəsini sərbəst buraxır, bir hissəsini isə özü ilə mühacirətə aparır. Birinci Dünya Müharibəsindən sonra Türkiyə hökuməti Andranikin hərbi cinayətkar kimi beynəlxalq axtarışını elan edir”.

Bu ermənilərin qəhrəmanının görünən və türk düşmənliyi tərəfidir. Amma dünya ermənilər kimi Andraniki qəhrəman hesab etmirdi. Andranikin digər yönlərini 3 il əvvəl yazdığım məqalədə ətraflı göstərmişdim.


"Mademuazel”, "ehtiraslı qadın” , nəhayət tayqulaq Andranik...


Ermənilərin "paşa” adlandırdıqları Andranikin "ehtiraslı qadın olmaq” istəyi və nakam məhəbbəti bir çoxlarına aşikardır, olmayanlar varsa da, artıq xəbərdar olacaqlar. Belə ki, 1891-ci ildə "Hnçak” Partiyasına qoşulan Andranik Ozanyan İstanbuldakı "Lodos” meyxanasında içib iki yunan gənclə səhərədək sevişdiyi üçün partiyadan qovulmuşdu. O biabırçı olaydan sonra partiya üzvləri Ozanyanı "mademuazel Andranik” adlandırmışdılar. İstanbul daşnaklarının liderlərindən olan Masis Tovjyan isə deyirdi:"Beləsinin üzünə tüpürmək belə, istəmirəm. Andranik Ozanyan çox əxlaqsız, sürtük bir insandı. Uşaqbazlığını, kişilərlə yatağa girib "ehtiraslı qadın” olmaq istədiyini gizlətməyən dəyyusdur o!”.

Andranikin paşa adlandırılmasının tarixçəsi də onun nakam məhəbbəti ilə bağlıdır. 1895-ci ildə Qarsdan Samsuna yollanaraq Axbur Serob adlı erməni qiyamçısının dəstəsinə qoşulan Andranik elə ilk gecəni Serobun çadırında keçirir. Səhəri gün 4 nəfər güllələnir. Onlar Serobla Andranikin gecə eyş-işrətini görmüş mühafizəçilər idi.

1900-cu ildə kürd ağa Bşare Xəlil erməni Serobu tələyə salıb başını kəsir. "Sevgilisi”nin öldürüldüyünü eşidən Andranikin üç gün-üç gecə ağladığı deyilir. Serobun öldürülməsindən 8 ay sonra Andranik dəstəsi ilə Xəlil ağanın kəndinə girir. Kürd ağanı və onun 17 mühafizəçisini öldürürür. Beləliklə, Andranik həmcins sevgilisi Serobun qısasını alır. Məhz bu olaydan sonra ermənilər Andranikə "paşa” deməyə başlayırlar. Andranik ABŞ-da son günlərini yaşarkən, onun qulluqçularından biri olan Repsime Yanusyan bu adamın ömrünün son günlərinədək hər gecə yatarkən qadın tumanı geyməsi barədə xatirələrini bugün də ermənilər gizliliklə qoruyur”.

Andranikin qulağının Osmanlı dövlətinə xəyanətə görə türk paşalardan Zabux dərəsində birinin kəsdiyi bildirilir. Ozanyanın quldurlarına ən böyük zərbəni isə 1919-cu ilin yazında Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun tapşırığı və planı əsasında qardaşı, xalq qəhrəmanı Sultan bəy Sultanovun başçılıq etdiyi dəstə vurub.

Azərbaycanın Zəngəzur qəzasından olan igid oğulun ağıllı taktikası sayəsində Qaragöl ətrafında 600 erməni quldur əsir alınmışdı. Həmin əməliyyat zamanı xeyli kənd ermənilərdən təmizlənmişdi. Bu minvalla 1919-cu ilin aprelində Andranikin qruplaşmasından əsər-əlamət qalmamışdı.

Əvvəlcə Fransaya, sonra isə ABŞ-a qaçan Ozanyan 1927-ci il 31 avqustda okeanın o tayında Fresno şəhərində gəbərib.

Əntiqə Rəşid