Tərtərdə iki nəfərin öldüyü avtoqəza ilə bağlı sürücü saxlanıldı
Ötən gün saat 22:00 radələrində Tərtər rayonunun Güləbatlı kəndi ərazisində kənd sakini Xəqani Aydınovun idarə etdiyi traktorla rayonun Səhləbad kənd sakini Ədalət Həsənəliyevin sürücülük hüququ olmadan idarə etdiyi VAZ markalı avtomobil toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsindən Adalet.az-a verilən məlumata görə, qəzadan sonra traktorun sürücüsü hadisə yerini tərk edib, Ədalət Həsənəliyev, eləcə də onun 2023-cü il təvəllüdlü qız nəvəsi və qohumu Zəhra Məmmədova isə xəstəxanaya yerləşdirilib.
Görülən tədbirlərə baxmayaraq Ə.Həsənəliyev və onun azyaşlı nəvəsinin həyatını xilas etmək mümkün olmayıb.
Traktorun sürücüsü X.Aydınov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xüsusilə günün qaranlıq vaxtı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, bununla yanaşı sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxslərin bir ailənin faciəsi ilə nəticələnən sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır:
“Unutmayaq ki, sükan arxasında səhlənkarlıq, çox zaman bərpası mümkün olmayan itkilərə yol açır!”
Digər Xəbərlər
24 Sentyabr 2026 15:52
Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var
24 Sentyabr 2026 11:55
Bakıda 51 min manatlıq oğurluq
24 Sentyabr 2026 11:31
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23 Sentyabr 2026 13:25
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22 Sentyabr 2026 09:36
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
21 Sentyabr 2026 11:42


Bakı -°C

