Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı təsdiqləndi

Nazirlər Kabineti “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nı təsdiq edib.
Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərar ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə qəbul olunub. Qərarda Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı və həmin mallara dair xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodlar verilib.
Qərar malların “Texniki tənzimləmə haqqında” qanuna əsasən qəbulu nəzərdə tutulan texniki reqlamentlərin tələblərinə uyğunluğuna istehlak bazarında nəzarətin həyata keçirilməsinə şərait yaradacaq.
Digər Xəbərlər

Ramazanın 9-cu günü: Dua, imsak və iftar vaxtı

8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti Belçika Krallığında - FOTOLAR

Sabah “ASAN xidmət” və “ASAN kommunal” işləyəcək?

Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı

Azərbaycanda yeni hərbi nizamnamələr hazırlanır

Vilayət Eyvazov Lənkəranda vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
