Təyyarə qəzasında xəsarət alanların son durumu
Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 4 (3 qadın, 1 kişi cinsli olmaqla) nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində davam etdirilir.
TƏBİB-dən Adalet.az-a bildirilib ki, 1 nəfərin (qadın cinsli) müalicəsi Yeni Klinikada, 2 nəfərin (1 kişi, 1 qadın cinsli olmaqla) fizioterapevtik müalicəsi Tibbi Reabilitasiya Mərkəzində, 1 nəfərin (qadın cinsli) müalicəsi isə şəxsi istəyilə Baləkən Rayon Mərkəzi Xəstəxanasında aparılır.
Yeni Klinikanın Reanimasiya şöbəsinə qəbul olunaraq, üzərində cərrahi əməliyyat icra olunan şəxs hazırda həmin tibb müəssisəsində stasionar müalicə alır, vəziyyəti orta-ağır olaraq dəyərləndirilir.
Tibbi Reabilitasiya Mərkəzində müalicə alan şəxslərin hər birinin vəziyyəti qənaətbəxş hesab edilir. Müalicələri tibb müəssisəsinin Terapiya şöbəsində davam etdirilir.
Baləkən Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicə alan şəxsin vəziyyəti isə orta-ağır, stabil olaraq qiymətləndirlir.
Ümumilikdə, Yeni Klinikaya hospitalizasiya olunan və zəruri tibbi xidmətlərlə təmin olunan 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb.
Ambulator müalicə üçün evə yazılanların sağlamlıq durumları yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.
Digər Xəbərlər
08 Aprel 2026 16:34
Bunların satışı qadağandır! - AQTA-dan sahibkarlara xəbərdarlıq
08 Aprel 2026 10:26
"Qobu Park II"də yerləşən poliklinikada antisanitar vəziyyət - VİDEO
07 Aprel 2026 10:11
Dərman təhlükəsizliyi üçün yeni rəqəmsal mexanizm - Səhiyyə Nazirliyindən AÇIQLAMA
06 Aprel 2026 18:32


Bakı -°C

