Tibbi tullantılar necə idarə olunur?
“Dövlət Sanitariya Orqanı tibb müəssisələrində tibbi tullantıların toplanması, düzgün çeşidlənməsi, zərərsizləşdirilməsi, qeydiyyatının aparılması, tibb müəssisəsi daxilində müvəqqəti saxlanması və daşınması işinin təşkilinə nəzarət edir”.
Adalet.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Sevda Talıbova deyib.
Onun sözlərinə görə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tibb müəssisələrində tibbi tullantıların idarə olunması işinin təşkilində cavabdehlik daşıyan şəxslərin maarifləndirilməsi, onlara təlimlərin keçirilməsi, sertifikatlarla təmin olunmasında iştirak edir:
“Müəssisə daxilində tibbi tullantıların idarə olunması işində sanitariya-gigiyenik və əksepidemik rejimin gözlənilməsində müəssisə rəhbərliyi məsuliyyət daşıyır və bu işə nəzarət də gigiyena və epidemiologiya mərkəzləri tərəfindən həyata keçirilir. Tibb müəssisələri onlarda əmələ gələn tibbi tullantıların illik hesabatını hazırlayaraq Səhiyyə Nazirliyinə təqdim edir. Hesabatda il ərzində əmələ gələn tibbi tullantıların aid olduqları siniflər, siniflər üzrə kiloqramla miqdarı qeyd edilir. Mövcud məlumatlar respublika üzrə elektron informasiya sisteminə daxil edilir”.
Həkim-gigiyenist qeyd edib ki, bununla yanaşı, maarifləndirici çap materialları, buklet, flayerlər müəssisələrə paylanılır:
“Tibb müəssisələrində tibbi tullantıların idarə olunmasında cavabdeh olan şəxslərlə daim əlaqə saxlanılır, onları maraqlandıran suallar operativ olaraq cavablandırılır. Əmələ gələn tibbi tullantıların Vahid Səhiyyə İnformasiya Sistemində Tibbi Tullantı Modulunda aktiv qeydiyyatın aparılması və bu məlumatların Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təsdiqi işləri həyata keçirilir”.
Digər Xəbərlər
22 Yanvar 2026 10:10
Tibb müəssisələrində tullantı toplanması necə təşkil olunmalıdır?
21 Yanvar 2026 18:00
Xəstə uşağın təcili yardım maşınından düşürülməsi ilə bağlı açıqlama - VİDEO
20 Yanvar 2026 09:51
Gənc qızları siqaret aludəçiliyindən necə xilas edək? - Fazil Mustafa
19 Yanvar 2026 14:56
Su çiçəyinə yoluxmada artım olub
15 Yanvar 2026 12:57
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
13 Yanvar 2026 10:33
Uşağınız niyə sizə deyil, naməlum blogerlərə inanır? - Mütəxəssis əsas səbəbi izah edir
13 Yanvar 2026 10:32
Yeniyetmə yaşında olan uşaqların psixoloji xüsusiyyətlərini anlayın - SN-dən valideyinlərə tövsiyə
08 Yanvar 2026 16:40


Bakı -°C

